PDF Oxu

Siyasət

  • 3 075

“Yeni Azərbaycan Partiyası 29 illik mübarizə yollarında”

“Yeni Azərbaycan Partiyası 29 illik mübarizə yollarında”

YAP Goranboy rayon təşkilatında “Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası 29 illik mübarizə yollarında” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzmüşlər. Sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirilib. Tədbirdə YAP rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Elçin İsmayılov, rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, rayon İdman və Gənclər idarəsinin rəis müavini Cəfər Verdiyev Qarabağ müharibəsi qazisi Xəyal Abbasov, YAP fəalları Bəxtiyar Məmmədov, İskəndər Səklikov və digərləri çıxış edərək xalqın partiyası olan YAP-ın bugünkü uğurlarından, əldə etdiyi nailiyyətlərdən danışıblar.

Rövşən

Digər xəbərlər