Bu növzuda Masallıda tədbir keçirilib.Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir “Yeni Azərbaycan Partiyası - Qüdrətli Azərbaycan naminə” adlanırdı. Heydər Əliyev Mərkəzinin kollektivinin, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevin, Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Əntiqə Tağıyevanın və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin qatıldığı tədbir Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuşdu.Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Giriş sözü söyləyən Mərkəzin direktoru Dilbər İbayeva xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olduğunu, Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyən etdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar, hədəflər açdığını bildirdi.Daha sonra söz Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevə verilib: "Azərbaycan dövlətçiliyinin yaranmasında , ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri misilsizdir. İndinin özündə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası uğurla reallaşır və dövrün tələbləri baxımından inkişaf etdirilir bütün sahələrdə möhtəşəm nailiyyətləri əldə olunur. Ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir. Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır".Yeni Azərbaycan Partiyasının gənc üzvləri də çıxış etdilər. Onlar ölkə başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi naminə hər bir sahədə fəallıq göstərdiklərini dedilər.Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş video-çarx nümayişı də tədbir iştirakçılarının marağına səbəb oldu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin, Yeni Azərbaycan Partiyasının üzvü
sia.az