PDF Oxu

Siyasət

  • 3 024

Suraxanı rayonunda "YAP cəmiyyətimizin sosial müdafiəçisidir!" adlı tədbir keçirilib

Suraxanı rayonunda "YAP cəmiyyətimizin sosial müdafiəçisidir!" adlı tədbir keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində YAP Suraxanı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünə həsr edilmiş "YAP cəmiyyətimizin sosial müdafiəçisidir!" adlı tədbir keçirib. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsinə rayon ictimiayyətinin nümayəndələri tərəfindən tər güllər qoyulmuş, mərkəzin foyesində Vətən Müharibəsində qazanılmış qələbəyə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. Daha sonra YAP-ın 29 illik fəaliyyətindən fraqmentləri özündə əks etdirən video-çarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov partiya üzvlərini YAP-ın 29-cu ildönümü münasibəti ilə təbrik edərək, partiyanın fəaliyyətinə geniş nəzər salaraq bildirib ki, Yeni Azərbaycan Partiyası gücünün mənbəyini Ulu Öndər Heydər Əliyevdən, Müzəffər Sərkərdə Cənab Prezident İlham Əliyevdən və öz tarixi, dili, dünyaya qazandırdığı saysız-hesabsız dəyərləri, verdiyi töhfələri ilə öz aliliyini qoruyub saxlayan müdrik Azərbaycan xalqından alır. Öz çıxışında YAP-da aparılan islahatlara toxunan V.Seyidov qeyd edib ki, formalaşan, inkişaf edən, təzələnən və hərtərəfli islahatlar kursu keçən doğma partiyamızın uzun və şərəfli həyat yolu keçmiş, ictimai-siyasi xidmətləri olmuş xadimlərin təcrübələrinə ehtiyacı vardır. Gəncləri YAP-ın lokomotivi, bayraqdarı adlandıran yerli təşkilatın sədri bildirib ki, YAP-ın ətrafında birləşən gənclər ordusunun yüksək təhsilə yiyələnməsi, müasir dövrün elmi inqilablarını mənimsəməsi, süni intellekt, kompyüter texnologiyaları, müasir təbabət və digər sahələrdə ixtisaslı kadr kimi formalaşması xalqımız üçün qürur mənbəyidir.Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünün tarixi hadisə olduğunu bildirib. 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımız 44 gün ərzində Ali Baş Komandan Cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, əbədiyaşar Şəhidlərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunub. O, xalqımızın mənəvi həmrəyliyində Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirib.Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu çıxış edərək, 1992-ci ildə soyuq noyabr günü siyasi təzyiqlərin fövqündə fiziki məhdudiyyətlərə məruz qalmış Ulu Öndər Heydər Əliyev gələcək nəsilləri düşünərək, Yeni Azərbaycan Partiyasını yaratmışdır. Milli Məclisin deputatı xüsusi vurğulayıb ki, YAP-ın gələcəyi gənclərdir. H. Babaoğlu indiki gənclərin də öz sələfləri kimi ölkəmizin gələcəyi naminə böyük işlərə, layihələrə imza atmasının arzusunda olduğunu bildirib. Milli Məclisin komitə sədri, YAP-ın Təftiş komissiyasının üzvü Sadiq Qurbanov YAP-ı tarixin və taleyin gərəyi adlandıraraq bildirib ki, Naxçıvanda məhdud şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını Heydər Əliyev dalğalandıranda, Naxçıvanın adından Muxtar Sovet Sosialist Respublikası sözünü siləndə, Bakıda saxta referendum keçirilirdi. Hansı ki, bu, heç kimə gərək deyildi. YAP-ın bu hadisələrin fövqündə yaradılmasının zərurət olduğu vurğulayıb. YAP Suraxanı rayon təşkilatının 18 yaşlı fəal gənci Aysel Ələkbərzadə, Əməkdar artist Ağalar Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi bu ali siyasi qurumun üzvü olmaqdan fəxarət duyduqlarını bildiriblər.Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəaliyyətində seçilən bir qrup partiya fəalı Fəxri Fərman, Təşəkkürnamə ilə təltif olunmuş və bir qrup yeni üzv olmuş gəncə partiya vəsiqələri təqdim edilib. Daha sonra Suraxanı rayon məktəblilərinin və Respublikanın tanınmış mədəniyyət xadimlərinin ifasında şeirlər, mahnılar tamaşaçılara təqdim olunub. Sonda təqdim olunmuş YAP Suraxanı rayon təşkilatının fəal gənclərinin flaşmobu tədbir iştirakçılarının böyük marağına səbəb olub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər