PDF Oxu

Siyasət

  • 2 719

“Müxalifət qeyri-real mübarizə aparır” - AÇIQLAMA

“Müxalifət qeyri-real mübarizə aparır” - AÇIQLAMA

“Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə öz ərazisini, suverenliyini bərpa etmədi, eyni zamanda, beynəlxalq erməni şəbəkəsini ciddi şəkildə məğlubiyyətə uğratmış oldu. Həmin andan başlayaraq erməni şəbəkəsinin Azərbaycana və onun Zəfər Gününə qarşı çox ciddi şəkildə əks hücumları başlayıb. Bunlar diplomatiya və informasiya sahəsində həyata keçirilir və bu sahədə Ermənistanı bir çox dünyanın bədxah güc mərkəzləri də dəstəkləyirlər”. Bunu “Səs” qəzetinə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.Onun sözlərinə görə, hazırda Azərbaycanda, noyabr ayında Zəfər günləri keçirilən ərəfədə Ermənistan şəbəkəsi baxımından qisasçılıq zəminində Azərbaycana qarşı həm cəbhə bölgəsində təxribatlar oldu, həm də informasiya cəbhəsində çox ciddi şəkildə hücumları müşahidə etdik: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzən ermənilərin bu cür çıxışları ilə Azərbaycanda radikal müxalifətin çıxışları arasında sinxronluq müşahidə olunur. Yəni, Ermənistan müxalifəti əgər bu gün Ermənistan hökumətinə qarşı çıxıb, onu cəbhə bölgəsində Azərbaycana qarşı münasibətlərdə aqressiv olmağa səsləyirlərsə, Azərbaycan müxalifəti isə əksinə davranır, yəni Azərbaycan hökumətini Azərbaycan torpaqlarını müdafiə etdiyi üçün qınayır. Bu baxımdan, bəzən Azərbaycanda müxalifət təmsilçilərinin çıxışları erməni şəbəkəsinin çıxışları ilə üst-üstə düşür və sinxronluq təşkil etmiş olur. Son vaxtlar onların çıxışlarında o qədər çılpaq ifadələr işlədilir ki, hətta Azərbaycanı sərhəd bölgəsində uğurlu əməliyyat apardığına görə də qınayan çıxışlar edirlər. Təbii ki, bu, yolverilməzdir və Azərbaycan müxalifətinin qeyri-real bir mübarizə aparmasının göstəricilərindən biridir”.

Müəllif: Gülyana

Digər xəbərlər