“Əlbəttə ki, 15 dekabrda Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı sammitinin keçiriləcəyi gözlənilirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.Onun sözlərinə görə, yaddan çıxarmayaq ki, bir müddət əvvəl Aİ Ermənistanın gələcək inkişafı üçün 2,6 milyard avro həcmində maddi yardım proqramı hazırlayıb qəbul edmişdir: “Bu baxımdan bir daha görünür ki, Avropadakı erməni lobbistləri konkret olaraq Ermənistanı düşdüyü ağır vəziyyətdən daha doğrusu 10 noyabr tarixində üçtərəfli bəyannamədə üzərinə götürdüyü öhdəliklərdən yayındırması üçün əllərindən gələni edəcəklər. Bir maraqlı məqama da diqqət yetirmək lazımdır ki, bildiyiniz kimi 9-10 noyabr tarixlərində konkret olaraq Moskvanın təşəbbüsü ilə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılmışdı. Amma məhz Ermənistan tərəfinin öz ödləliklərindən boyun qaçırması və xüsusilə də Ermənistanda revanşist qüvvələrin təyziqləri nəticəsində Nikol Paşinyan bu görüşdən imtina etdi və bundan sonra bildiyiniz kimi Azərbaycan-Ermənistan sərhəddində təxribatlar baş verdi. Erməni tərəfi bundan çox ciddi zərbə aldı. Amma yenə də KTMT-ni və Rusiyanı müharibəyə cəlb edə bilmədikləri üçün Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan etdi ki, əgər KTMT və Rusiya bu səfər də Ermənistana kömək etməsə, Ermənistan digər beynəlxalq strukturlara müraciət edəcək. Aİ təşəbbüşü ilə məhz bu görüşün keçirilməsinin kökündə bu məsələ dururdu.Doğrudur bir məsələ var ki, bu görüş formal olaraq Şərq Tərəfdaşlığı sammiti çərçivəsində keçirilir. Bu çox gözəl pərdələnmiş bir görüşdür. Mən düşünürəm ki, konkret olaraq Ermənistan tərəfi çalışacaq ki, Aİ Azərbaycana təyziq göstərsin. Bildiyiniz kimi son hadisələr zamanı Azərbaycan dövləti sərhəddə təxribat törədən hərbi əsirləri saxlayıb. Ermənistan tərəfi məhz bu məsələni qabardaraq, lobbiçiləri işə salaraq Azərbaycana qarşı təyziqlərin artmasını istəyir. Həmçinin ikinci Qarabağ müharibəsindən sonra tutulan hərbi əsrlərin də bu görüşdə vurğulayacağını hesab edirəm. Çünki Aİ Rusiyadan başqa digər həmsədr dövlətlər kimi oyundan kənar qalıb. Türkiyə amili isə güclənilib. Mən düşünürəm ki, ABŞ birbaşa da olmasa Avropa İttifaqındakı müttəfiqlərinin əli ilə Azərbaycana çatdırmaq istəyir ki, yəni biz də bu hadisələrdə iştirak etmək istəyirik. Amma təəssüflər olsun ki, biz Aİ tərəfindən Azərbaycana qarşı daim qərəzli münasibət görmüşük. Digər bir tərəfdən isə Aİ-nın aparıcı dövlətlərindən biri olan Fransannın da münasibəti bizə aydındır və təsadüfi deyil ki, bir neçə gün əvvəl separatçıların Fransada xoş qarşılanması, bir sıra şəhərlərin medialarının onlarla görüşlər keçirilməsi aydın şəkildə hər şeyi izah edir.Aİ-nin bu məsələlərdə nə qədər qeyri-səmimi olduğu, ermənipərəst mövqedən çıxış etdiyi göz qabağındadır. Amma mən düşünürəm ki, Azərbaycan diplomatiyasının uğurları, o cümlədən dövlət başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət konteksində onlar heç nəyə nail ola bilməyəcəklər. Bu görüşdə Ermənistan müəyyən əməkdaşlıq çərçivəsində Azərbaycana dırnaqarası inciklikləri unutmağı təklif edə bilər, amma mən düşünürəm ki, istənilən halda bu görüşdə Avropa İttifaqının konkret olaraq mövqeyi daha çox ermənipərəst mövqe olacaq.Fikrimcə, hər hansı bir önəmli yeniliyin və yaxud dəyişikliyin şahidi olmayacağıq, çünki Aİ öz şansını çoxdan itirib. Azərbaycan tərəfinin dəfələrlə Aİ-yə müraciət etməsinə baxmayaraq Aİ yaxasını hər zaman kənara çəkirdi. İndi isə fəallaşıb çünki artıq bilir ki, onlar bu şansı əldən buraxıb. İndi onların bir istəyi var. Yenidən məsələləri sıfır nöqtəsinə qaytarmaq istəyirlər. Təsadüfi deyil ki, qərbdən dəfələrlə Dağlıq Qarabağ statusu ilə bağlı suallar qaldırılıb guya münaqişənin tam həll olunmadığı və oradakı ermənilərin statusu, taleyi barədə məsələlərin gündəmə qayıtması üçün çıxışlar edirdilər. Hesab edirəm ki, bu görüşdə də belə cəhdlər təkrarlanacaqdır. Ona görə də bu görüşün nə Azərbaycanın, nə də ümumilikdə regionun xeyrinə nəsə vəd etdiyini düşünmürəm. Əlbttə ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı konsepsiyasında iştirak edir, amma mən düşünürəm ki, yenə də əsas məsələlər bu regionda məhz Azərbaycan, Türkiyə və Rusiyanın iştirakı ilə həll olunacaq. Ermənipərəstlər həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də Zəngəzur dəhlizi məsələsinin açılmasına heç cür imkan vermək istəmirlər. Ona görə də Aİ-nın Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşdən böyük bir şey gözləmək lazım deyil”.
Müəllif: Abutel İlhamqızı