Oğuz rayon Bucaq kəndində I Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Oğuz rayon şəhidi Süleymanov Elbrus Süleyman oğlunun xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.Şəhid ailələri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri, YAP Oğuz rayon təşkilatının əməkdaşları, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə Bucaq kənd məktəbinin direktoru Svetlana Rustəmova, şəhidin döyüş yoldaşı, kənd ağsaqqalı, YAP Oğuz rayon təşkilatının əməkdaşı Elşən Alcansoy, Oğuz rayon icra hakimiyyətinin nümayəndəsi Vasif İsgəndərov çıxış edərək, şəhidimizin əziz xatirəsini ehtiramla yad ediblər, tədbirin məqsəd və əhəmiyyətindən danışıblar.
ZÜMRÜD BAYRAMOVA