Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının, hüquqh-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Cəyirli kəndindən “Vətən uğrunda” , “Hərbi Xidmətlərə görə” medalı və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Şəhid İbadov Murad Yusif oğlunun məzarını ziyarət etmişlər. Şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxunmuşdur. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.Şəhidimizin ailə üzvləri Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Rəfiqə