Siyasət

  • 1 659

Xızıda YAP-ın yaranmasının 29-cu il dönümünə həsr olunmuş konfrans keçirilib

image

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri düzüblər.Daha sonar Xızı şəhər ərazisindəki Şəhidlər abidəsi kompleksinə gələn partiya üzvləri tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə ediliblər.Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haverdiyev qonaqları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Fərrux Haqverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatında aparıcı yer alır.Tədbirdə YAP Xızı rayon təşkilatının fəalları Bəhdaş Nəbiyev, İman Ağayev, Fazil Məmmədov çıxış edərək bildiriblər ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilmişdir. Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir.

Rəfiqə

Digər xəbərlər