Siyasət

  • 2 851

Regionda yaranmış yeni reallıqları Fransa qəbul etməlidir - POLİTOLOQDAN SƏRT REAKSİYA

image

“Bildiyimiz kimi Fransa Ermənistanı daim dəstəkləyir. Azərbaycan üçün İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupu arxivdə qalıb. Çünki artıq Azərbaycan-Ermənistan münaqişəsi həll edilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, yalnız Azərbaycan razılıq verə bilər ki, Azərbaycan ilə Ermənistan arasındakı müəyyən böhranı həll etsin, sülh platformasına dəstək versin, humanitar əlaqələrin inkişafına dəstəyini ifadə etsin: “Əgər, burada Fransa seperatçı qüvvələrə dəstək verəcəksə, sülh prosesini sabotaj edəcəksə, təbii ki, Fransa həmsədrlikdən çıxarılmalıdır. Əgər, Fransa bu prosesi davam etdirəcəksə, Azərbaycan ATƏT-in Minsk qrupuna etirazını bildirəcək. Düşünürəm ki, Azərbaycan konkret olaraq bu məsələlərə diqqət yetirir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni reallılar yaranıb. Bu reallıları da Fransa qəbul etməlidir”.

Arzu Qurbanzadə

Digər xəbərlər