Siyasət

  • 659

“Sülhməramlı kontingent öz missiyasını yerinə yetirməkdə maraqlı deyil” ALYANS SƏDRİNİN MÜNASİBƏTİ

image

“10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanata uyğun olaraq, Rusiyanın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilirdi.” Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova deyib.Alyansın sədri vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələrinin dislokasiya olunduqları Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə çıxarılmasına son qoymalı idi.Ötən bir il göstərdi ki, Ermənistan öz qalıq silahlı qüvvələrini nəinki tam olaraq ərazilərdən çıxarmadı, əksinə şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin gözləri önünüdə Azərbaycan ərazilərinə daşıdı. Kəlbəcər və Laçın rayonlarının bəzi hüdudlarında yeni erməni postları yerləşdirildi. Bu onu göstərir ki, Rusiya sülhməramlı kontingenti öz missiyasını yerinə yetirməkdə maraqlı deyil. Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya-nəzarət arealı imkan verir ki, erməni silahlı qüvvələri bu ərzilərdə sərbəst hərəkət etsinlər.Möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”, deyə Nüşabə Məmmədova bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər