Siyasət

  • 576

Bu addım Ermənistan üçün daha böyük faciələrlə nəticələnə bilər - DEPUTAT ŞƏRH ETDİ

image

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Ermənistanın Azərbaycandan asıllığını daha da artırıb. Deyə bilərik ki, Azərbaycansız Ermənistanın gələcəyi görünmür. 10 noyabrda imzalanmış üçtərəfli bəyanat da Ermənistanın kapitulyasiyası haqqında sənəddir. Bu sənədin hazırlanmasında və müharibədən sonrakı bir ildə diqtə edən tərəf də Azərbaycandır. Biz Ermənistana bütün istəklərimizi imzalatdırmışıq. Amma real həyatda imza atdığı sənədin icra edilməsində Ermənistan manipulyasiya edir və Zəngəzur dəhlizinin açılmasını yubadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Deputat qeyd edib ki, müəyyən təxribatlara əl atmaqla müharibənin bitmədiyi haqqında bir görünüş yaratmağa cəhd etdilər: “Azərbaycan humanistlik nümayiş etdirərək Qubadlı rayonu ərazisindən keçən Gorus-Qafan yolundan ermənilərin istifadəsinə icazə vermişdi. Amma ermənilərin təxribatçı hərəkətləri bu ərazidə nəzarət məntəqələrimizin yaradılmasını və dövlətimizin qanunlarına əsasən yolun keçilməsini tətbiq etməyimizi zəruri etdi. Bu gün Qubadlı rayonunun Eyvazlı və Qazançı kəndləri ərazilərində keçid-buraxılış məntəqələri quraşdırılıb və ölkəmizə rüsum ödətməklə bu yolun gedilməsinə icazə verilir”.A.Badamov vurğulayıb ki, bu yol Ermənistan üçün həyati əhəmiyyət daşıyır: “Çünki alternativ kimi Tatev yolu istifadəyə verilsə də yararsızdır. Yağıntılı havalarda Tatev yolundan ümumiyyətlə istifadə etmək mümkün deyil. Ona görə də məcbur olub Gorus-Qafan yolundan istifadə etməlidirlər. Təbii ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin delimitasiya, demarkasiya olunmasını və sülh müqaviləsinin imzaılanmasını istəyir. Əgər, Ermənistan imzalanmış bu razılıqları icra etməkdən boyun qaçırarsa, bu onlar üçün daha böyük faciələrlə nəticələnə bilər. 26 noyabrda Soçidə üçtərəfli görüşdən gözləntilərimiz böyükdür. Əgər, Paşinyan yenə də manipulyasiya etmək və vaxtı uzatmaq istəsə, bu Azərbaycanı daha ciddi addımların atılmasına vadar edəcəkdir”.

Müəllif: Aysel Məmmədova

Digər xəbərlər