PDF Oxu

Siyasət

  • 2 122

Soçi - görüşdən əvvəl və sonra: proseslər nəyi diktə edir və edəcək? ANALİTİK+AKTUAL

Soçi - görüşdən əvvəl və sonra: proseslər nəyi diktə edir və edəcək? ANALİTİK+AKTUAL

44 günlük müharibədə demək olar ki, bütün iqtisadi, hərbi resurslarını itirən Paşinyanın siyasi iradəsi sındırılıb və artıq yaşanan reallıqlarla barışmaq məcburiyyətindədir.Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Soçidəki üçtərəfli görüşləri faktoru çoxsaylı proqnoz və ehtimalları yenidən gündəmə gətirdi. Xatırladaq ki, bu, 10 noyabr bəyanatından sonra ikinci görüşdür, sonuncu görüş isə bu ilin 11 yanvarında Moskvada keçirilmişdi.

Brüssel görüşünün əsası Soçidə qoyulur – Rusiya təşəbbüskarlıq rolları ilə zəifləyən mövqeyini möhkəmləndirir
Artıq o da bəllidir ki, Soçi görüşü regional sabitliyin və inkişafın təməlini qoya biləcək nəticələrə də səbəb ola bilər. Belə ki, dekabrın 15-də keçiriləcək Brüssel görüşündə qəbul edilməsi gözlənilən bir sıra qərarların əsasının məhz Soçidə qoyulması həm də şərtə çevrilmişdi. Məsələ ondadır ki, Rusiya son zamanlar özünün regiondakı çəkisinin azaldığını hiss etməyə başlayıb və bu görüşdə mümkün qədər 10 noyabr 2020-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatda əks edilən şərtlərin realizəsinə çalışdı və bundan sonrakı proseslərdə də biz bunu müşahidə edəcəyik.
Lakin əsas məqamlardan biri də budur ki, Soçi görüşündə dəhliz mübahisəsinə son qoymaq üçün Ermənistanın üzərinə qəti və kəskin öhdəliklər qoyulur və Paşinyan bu görüşdə tora salınır-onun üzərinə düşən şərtləri icra etməsindən başqa çarəsi yoxdur.
Dəhliz amili yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri olan Rusiya və Türkiyə habelə Qərb, eləcə də Çin üçün münbit aktuallıq daşıyır
Əbəs deyil ki, artıq Zəngəzur dəhlizinin açılması üçün qrafikin tərtib edilməsi tələbi də ortadadır. Belə ki, dəhliz amili yalnız Azərbayan üçün deyil, həm də region ölkələri olan Rusiya və Türkiyə habelə Qərb, eləcə də Çin üçün münbit aktuallıq daşıyır.Bütün bunlardan nəticə çıxarmaq olar ki, bir ildən çoxdur ki, üçtərəfli bəndləri bu və ya digər şəkillərdə icra etməkdən yayınan Ermənistanın Soçi görüşündən sonra hər hansı bir müqavimət göstərmək şansı artıq sıfıra bərabərdir. Çünki 44 günlük müharibədə demək olar ki, bütün iqtisadi, hərbi resurslarını itirən Paşinyanın siyasi iradəsi sındırılıb və artıq yaşanan reallıqlarla barışmaq məcburiyyətindədir.

Rövşən RƏSULOV

Digər xəbərlər