PDF Oxu

Siyasət

  • 2 134

Uçuşların təşkili münasibətlərin bərpasına təsir edə bilər - MÜNASİBƏT BİLDİRİLDİ

Uçuşların təşkili münasibətlərin bərpasına təsir edə bilər - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın Azərbaycana təcavüzündən sonra Türkiyə Ermənistanla əlaqələrini yenidən gözdən keçirdi. Sərhədlər bağlanıldı həmçinin birbaşa əlaqələrə də müəyyən məhdudiyyətlər tətbiq edildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov qeyd edib.Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bölgəyə sülhün gəlməsini istəyir və hər iki ölkə dost əlini Ermənistana uzadıb: “Ermənistandan gözləntilər ondan ibarətdir ki, Ermənistan bölgəyə sülhün gəlməsi üçün müəyyən addımları ataraq bu prosesə öz töhfəsini versin. Biz hələki bir irəliləyiş görmürük, amma həm Azərbaycan, həm də Türkiyə öz jestini qarşı tərəfə edib. Cənab Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə toxunub və xüsusi qeyd edib ki, Azərbaycan-Ermənistan məsələsi tənzimləndikdən sonra Türkiyə ilə Ermənistanın münasibətlərinin bərpa olunmasına etiraz etmir əksinə Azərbaycan bu danışıqların həyata keçirilməsinə dəstək verir.Ermənistan da anlamalıdır ki, bölgəyə sülh gəlməlidir. Qonşuları ilə normal münasibət qurmalıdır. Hər iki ölkəyə qarşı törətdiyi təxribatlara son qoymalıdır. Hesab edirəm ki, belə bir uçuşların təşkili əlaqələrin normal müstəvidə icrasına öz təsirini göstərəcək və biz Türkiyə-Azərbaycan münasibətlərində yeni bir mərhələyə keçidin şahidi olacağıq. Ermənistan anlamalıdır ki, o bu təxribatlara son qoymalıdır. Çünki, nə Azərbaycan, nə də Türkiyə Ermənistanı uzun müddət gözləyə bilməz ki, o bu təxribatlara son qoysun. Yəni bu məsələ tezliklə öz həllini tapmalıdır və tez bir zamanda bölgəyə sülh gəlməlidir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə Ermənistana qarşı kifayət qədər şans verib. Sadəcə hazırkı mərhələdən istifadə etmək lazımdır. Düşmənçiliyə son qoymaq və gələcəyə baxmaq lazımdır. Bu baxımdan belə bir uçuşların təşkili münasibətlərin bərpasına münasibətlərdə yeni səhifənin açılmasına tövfə verə bilər. Ona görə də Ermənistan öz siyasətini tamamilə dəyişməlidir”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər