"Ermənistanın sərsəm siyasət yürütməsinin nə vaxta qədər davam edəcəyi məlum deyil”
Rusiyanın Kemerovo vilayətində fəaliyyət göstərən “Listvyaznaya” şaxtasında baş vermiş uçqun nəticəsinə 52 nəfər işçi, eləcə də 6 xilasedici həlak oldu. Azərbaycan Prezidenti İlham Əliyev hadisə baş verəndən dərhal sonra Rusiyanın dövlət başçısı Vladimir Putinə kömür şaxtasında yaşanan faciəli olayla bağlı başsağlığı teleqramı ünvanladı. SİA xəbər verir ki, eləcə də Azərbaycanın Xarici İşlər Nazirliyi və baş nazir Əli Əsədov hadisəyə görə dərin təəssüf hissi keçirdiklərini və kədərlənədiklərini əks etdirən məktublarını göndərdilər.Lakin bu məsələdə Rusiyanın strateji müttəfiqi və etibarlı partnyoru hesab edilən Ermənistan rəhbərliyi nədənsə başsağlığı məsələsində tələsmədilər və həmin amil ölkənin “Hraparak” nəşrinin də diqqətindən yayınmadı. Erməni qəzetinin yazdığına görə nə baş nazir Nikol Paşinyanın, nə də ölkə XİN-nin rəsmi saytlarında sözügedən olayla bağlı heç bir məktub yerləşdirilməyib.Nəşr qeyd edir ki, Soçidəki üçtərəfli görüş fonunda Paşinyan başsağlığı verəcəksə bu diplomatik cəhətdən qəbulolunmaz addım olar. “Əgər İrəvan hazırda öz başsağlığını verərsə bu qazı qurtarmış mineral suyu təsirini bağışlayacaq. Və Ermənistanın belə bir sərsəm siyasət yürütməsinin nə vaxta qədər davam edəcəyi də məlum deyil”, “Hraparak” yazıb.
Rövşən RƏSULOV