PDF Oxu

Siyasət

  • 1 815

“Paşinyanın bu oyunları uzun zaman davam etdirməyə imkanı yoxdur“ DEPUTAT ŞƏRH ETDİ

“Paşinyanın bu oyunları uzun zaman davam etdirməyə imkanı yoxdur“ DEPUTAT ŞƏRH ETDİ

Ermənistanın baş nazirinin belə məntiqsiz hərəkətləri və bəyanatları ikinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu və dəmir yumruq onu yerinə oturdaraq üçtərəfli bəyanatı imzalamağa məcbur etdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Millət vəkili qeyd edib ki, bu gün yenə də Paşinyan öz daxili bazarı üçün həqiqətə uyğun olmayan ifadələri işlədir və çox güman ki, onun ağlını başına gətirmək üçün dəmir yumruğun işə düşməsinə zərurət yaranacaq.“Mən bir şeyə əminəm ki, hər bir halda Zəngəzur dəhlizi açılacaq, Azərbaycan Ermənistanı sülh sazişinə məcbur edəcək və delimitasiya, demarkasiya prosesləri də həyata keçiriləcək. Paşinyan bir şeyi unutmamlıdır ki, onu hakimiyyətə gətirən Ermənistan vətəndaşlarının sülh istəyi olub. Onlar müharibəyə “yox” deyiblər. Ermənistan müharibə istəmir və buna hazır da deyil. Paşinyan isə hakimiyyətin hərbi cinayətkarlardan ibarət olan nümayəndələrindən qorxduğuna görə belə oyunları oynayır. Mən düşünürəm ki, onun bu oyunları uzun zaman davam etdirməyə imkanı yoxdur və o imzaladığı hər bir sənəddəki bütün maddələri icra etməyə məcbur olacaq. Əks halda digər üsullarla Azərbaycan öz istəyinə nail olacaq və Paşinyan da yenə həmin dəmir yumruqla öz yerinə oturdulacaq”, deyə Asim Mollazadə bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər