PDF Oxu

Siyasət

  • 2 213

Ermənistanın Azərbaycanla sərhədi demarkasiya etməyə hazır olduğu barədə PAŞİNYAN BİLDİRİB

Ermənistanın Azərbaycanla sərhədi demarkasiya etməyə hazır olduğu barədə PAŞİNYAN BİLDİRİB

Ermənistan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. SİA xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə üçtərəfli görüşdə deyib.

"Mən dəfələrlə bəyan etmişəm ki, Ermənistan sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokdan çıxarılması mövzusu da bizim üçün çox vacibdir və biz bu məsələlərin həllində səmimi maraqlıyıq", deyib Paşinyan.

O deyib ki, Putinlə ikitərəfli görüş zamanı da Qarabağ məsələsi müzakirə olunub.

Digər xəbərlər