Siyasət

  • 567

“Bu görüşə artıq üçtərəfli formatın möhkəmlənməsi kontekstindən baxılmalıdır” - POLİTOLOQDAN MÜNASİBƏT

image

“Bu görüşə artıq üçtərəfli formatın möhkəmlənməsi kontekstindən baxılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, Brüsseldə də görüş olacaq, amma format, qərarların qəbulu və eyni zamanda davamlılıq baxımından çox vacibdir: “İkinci vacib məqam ciddi məsələlərin həllində kommunikasiyaların açılması və sərhədlərlə bağlı olan məsələlərdir. Ümumi abu-hava onu göstərdi ki, bu görüşdə daha çox məsələlər üzrə razılıq əldə olunub. Həm də bu görüşdə vaxt göstərilib ki, bu məsələlər yaxın vaxtlarda, təxminən 5-6 həftə ərzində həll olunan məsələlərdir. Ümumi götürdükdə bu müsbət haldır ki, müharibədən sonra nisbətən sülh şəraitində Azərbaycanla Ermənistan razılığa gəliblər və bu post-konflikti, yəni münaqişədən sonrakı abu-havanı möhkəmləndiriblər. Bu da çox vacib olan məsələlərdəndir. Digər vacib olan məsələlər var ki, hansı ki Azərbaycan artıq bu məsələləri qeyd etmir, lakin bunu yadda salmaq lazımdır. Birincisi Qarabağ haqqında heç bir şey yoxdur, bu görüş artıq dövlətlər arasında olan məsələlərlə bağlı olan proseslerdi ki, hansı ki bu məsələlər müzakirə olunur və heç bir yerdə adı çəkilmir. Liderlər də öz çıxışlarında göstərdi ki, razılıqlar və ümumi anlayış var. Bu da Azərbaycan üçün çox vacibdir ki, Ermənistan nə qədər çox post-konflikt şəraitində qərarlar qəbul etsə onun gələcəkdə sülh müqaviləsi imzalatdırıb Azərbaycanın ərazi iddialarından əl çəkməsinə növbəti addım kimi qiymətləndirmək olar”.

Digər xəbərlər