"Soçi görüşündən sonra Brüssel görüşünün əhəmiyyəti ondan ibarətdir ki, Avropa İttifaqı da prosesdən kənar qalmaq istəmədiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bildiyimiz kimi Ağdamın mina xəritələrinin alınmasında Avropa İttifaqının prezidenti Şarl Mişel xüsusi fəallıq göstərdi: "Bu baxımdan Brüsseldə gerçəkləşəcək görüş sərhədlərin delimitasiyası, demarkasiyası və eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı Soçi bəyanatında ortaya çıxan məqamların bir daha təsdiqlənməsi olacaq. Eyni zamanda Avropa İttifaqı Şurası uzun müddətdir ki, bu proseslə bağlı əməli aktivliyi və fəaliyyəti göstərəcək. Bu görüşdən bizim ən böyük gözləntilərimiz ondan ibarətdir ki, Azərbaycanın istədiyi mina xəritələri Ermənistandan alınıb Azərbaycana verilməlidir".Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Brüssel görüşünün effektiv olması üçün mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana təzyiqlər olmalıdır: “Bu baş verməyəcəyi təqdirdə düşünürəm ki, Soçi görüşünün yanında Brüssel görüşü səmərəsiz olacaq. Bütövlükdə isə Şərq Tərəfdaşlığı Zirvə görüşünün ən böyük nailiyyətlərindən biri Ermənistanın Azərbaycana qarşı təzyiqləri ilə bağlı bəyanatın səslənməsi, eyni zamanda 10 noyabr bəyanatından keçən müddət ərzində Ermənistanın cəbhədə dəfələrlə törətdiyi təxribatlara qarşı konkret bir mövqe qoymasıdır. Ümid edirik ki, Şərq Tərəfdaşlığı Zirvə görüşündə bu məsələlər müzakirə ediləcək. Bu görüş qalib tərəf kimi Aərbaycanın öz şərtlərini Ermənistanın baş nazirinə diqtə etmək üçün növbəti bir görüş olacaq. Brüssel görüşünün nəticələri istənilən halda Azərbaycan üçün səmərəli və effektiv olacaq".
Arzu Qurbanzadə