PDF Oxu

Siyasət

  • 2 512

Ağdaş rayonunda şəhid ailələri ziyarət olunub

Ağdaş rayonunda şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonunun Qaradağlı kənd sakini Əliyev Cəlil Qüdrət oğlunun anası Reyhan Əliyevanın yaşadığı evdə olmuş, onunla görüşmüşdür. Söhbət zamanı 44 günlük Vətən müharibəsində adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilmişdir. Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanmış, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılmışdır.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Cəlil Əliyevin anası dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.44 günlük Vətən müharibəsində şəhid olmuş Əhmədov Elnur Ehtibar oğlunun ildönümü münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Ağdaş rayonunun Pirəzə kəndində keçirilən mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilmişdir. Əhmədov Elnur Ehtibar oğlu 21 iyul 2000-ci ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuşdur. Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yollanan Elnur Əhmədov Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Tərtər döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Elnur Əhmədovun nəşi möhtəşəm Qələbəmizdən sonra tapılmış və noyabrın 30-da Pirəzə kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər