YAP Qusar rayon təşkilatında Vətən müharibəsinin qazisi Hüseynəliyev Faiq Bəhruz oğlu ilə doğum günü münasibətilə görüş keçirilib. Qeyd edək ki, Faiq Hüseynəliyev 29 noyabr 1999-cu ildə Qusar rayonun Bədirqala kəndində anadan olmuşdur. Könüllü olaraq cəbhəyə yollanan Faiq kiçik çavuş kimi Füzuli, Cəbrayıl, Hadrud, Suqovuşan, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliklə döyüşmüş və Qubadlının azad olunması zamanı ağır yaralanmış və bir ayağını itirmişdir. Azərbaycan Silahlı Qüvvələrin kiçik çavuşu Faiq Hüseynəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müharibədə göstərdiyi şücaətlərinə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.YAP Qusar rayon təşkilatı tərəfindən ad günü münasibətilə Faiq Hüseynəliyev Fəxri Fərmanla təltif edilib və ona hədiyyə təqdim olunub.
Nəzakət ƏLƏDDİNQIZI