PDF Oxu

Siyasət

  • 1 791

Demokratiya sammitində ABŞ-ın öz maraqları, çıxarları daha üstün yer tutur - DEPUTAT AÇIQLADI

Demokratiya sammitində ABŞ-ın öz maraqları, çıxarları daha üstün yer tutur - DEPUTAT AÇIQLADI

"Bildiyimiz kimi, demokratiya adı altında bəzi dövlətlər müxtəlif istəklərini təbliğ edirlər. Təəssüflər olsun ki, demokratiyadan danışan dövlətlər və bu ideologiyanı əsas tutaraq dünya dövlətlərinə təzyiq edən böyük güclər əslində çox vaxt demokratik prinsipləri pozurlar və həmin ölkədə bir çox hüquqi məsələlərə nəzər yetirsək, görərik ki, əslində, burada insan hüquqları pozulur və onların təbliğ etdiyi həmin nümunəvi forma öz ölkələrində heç də lazımi formada təsis edilməyib". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu ölkələrdən biri də ABŞ-dır: "Bildiyimiz kimi, ABŞ demokratiya sammiti keçirir. Əslində, bu demokratiya sammitinə bu və ya digər formalarda əlaqəsi olmayan dövlətləri dəvət edir. Lakin müstəqil siyasət yeritmək istəyən, öz hüquqlarını öz gücü hesabına bərpa edən, faktiki olaraq öz ayaqları üzərində durmaq istəyən dövlətləri bu sammitə dəvət etmir. Çox təəssüflər olsun ki, Azərbaycan və Türkiyə sammitə dəvət olmayan dövlətlər içərisindədir. Burada isə bir fikir ortaya çıxır. Yəni birbaşa olaraq ABŞ-ın, əslində, demokratiya prinsiplərinə uyğun olub-olmaması məsələsi deyil, öz maraqlarını üstün tutmasıdır. Bildiyimiz kimi, hal-hazırda Türkiyə ilə ABŞ arasında müəyyən soyuqluq var. Birbaşa olaraq onlar NATO çərçivəsində müttəfiq olsalar da, amma Türkiyənin müdafiə sənayesi sahəsində inkişafı, regionda güc sahibi olması müəyyən dərəcədə ABŞ-ı narahat edir. Bu baxımdan da onlar çox təəssüflər olsun ki, Azərbaycanı və Türkiyəni bu sammitə dəvət etmədilər. Ermənistanın isə bu sammitdə iştirak etməsi müəyyən suallar doğurur. Çünki faktiki olaraq uzun illərdir ki, Ermənistan işğalçı dövlət idi, təxribatlar, hərbi cinayətlər törədirdi və insan hüquqlarını pozurdu. Ancaq göründüyü kimi bunların heç biri nəzərə alınmır. Burada ABŞ-ın öz maraqları, çıxarları daha üstün yer tutur. Bu baxımdan da düşünürəm ki, bu sammitin demokratiya sammiti adlandırması heç də düzgün deyil".

Arzu Qurbanzadə

Digər xəbərlər