PDF Oxu

Siyasət

  • 3 559

“Azərbaycan yaşadıqca Ulu Öndər də yaşayacaq” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan yaşadıqca Ulu Öndər də yaşayacaq” ÖZƏL-MÜNASİBƏT

“12 dekabrda Ulu Öndərimizi cismən itirdiyimiz 18 ili tamam olur. Bu 18 ildə xalqımız Ümummilli Lideri hər zaman yaddaşlarında yaşatdı və dahi şəxsiyyətə dərin hörmət və ehtiramını bildirdi”. Millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Azərbaycan yaşadıqca Ulu Öndər də yaşayacaq: “Çünki Ulu Öndərin bizə miras qoyduğu müstəqil dövlətimiz Onun ideyaları və siyasi xətti üzərində günü-gündən inkişaf edir və güclənir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizdə yeni səhifə açıldı. Əgər 1993-cü ilə qədər ölkədə ümidsiz bir mühit yaranmışdısa, Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra xalqımızın gələcəyə arzuları formalaşdı. Prezident İlham Əliyev qeyd edirdi ki, ötən əsrin 90-cı illərin əvvəlində Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Azərbaycana qarşı faciələrin qarşısı alınardı. Həqiqətən Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı nə 20 yanvar faciəsi baş verəcəkdi, nə torpaqlarımız işğal olunacaqdı, nə də ki, Azərbaycanda siyasi-iqtisadi böhran yaranmayacaqdı. 1994-cü ildə Ulu Öndərin səngərə gedərək hərbiçilərlə bir yerdə olub komandanlığın sükanını şəxsən özünün idarə etməyə başlanması ordumuzda və xalqımızda böyük ruh yüksəkliyi yaratdı və qısa bir zamanda keçirilən Horadiz əməliyyatı ilə Füzuli rayonun 21 kəndi və Horadiz qəsəbəsini işğaldan azad etməklə düşməni atəşkəsə imza atmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün nə deməkdir? Bu sualın cavabında ilk yerdə dayanan sabitlik və yüksək rifah dayanır”.A.Badamov onu da bildirdi ki, Ulu Öndər müstəqil Azərbaycanın iqtisadiyyatının, ordusunun, təhsilinin, mədəniyyətinin əsaslarını yaradan və xalqın böyük sevgisi və etimadını qazanmış dahi şəxsiyyət deməkdir: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş neft strategiyamız və imzalanmış Əsrin müqaviləsi Azərbaycanın gələcəyinə işıq yandırmış oldu. Ulu Öndər Heydər Əliyev sovetlər dövründə Azərbaycana rəhbər təyin olunanda o vaxt da dövlət müstəqilliyimizi görürdü və ona görə də müstəqil dövlətin atributu olan ordusunun formalaşdırılması üçün hərbi mütəxəssislərin hazırlanmasına başlanılmışdı. Müstəqilliyimizə qovuşandan sonra Ulu Öndərin hazırladığı hərbi kadrlar ordumuza rəhbərlik etməyə başlandı. Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda hüquqi və demokratik dövlətin hüquqi bazasını özündə ehtiva edən Konstitusiyamız qəbul olundu. Ana qanunumuzda Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təsbit olunması və müəllifi Ümummilli Lider Heydər Əliyev olduğu Azərbaycançılıq ideologiyasının təşviq edilməsi ölkəmizdə milli birlik və həmrəyliyin formalaşmasının əsaslarını yaratdı. Təbii ki, iqtisadi və humanitar inkişafa nail ola bildik. Amma öz həllini tapmamış yeganə məsələ torpaqlarımızın işğal altında qalması idi. Bu məsələnin həll olunmasını da Ulu Öndər Prezident İlham Əliyevə vəsiyyət etmişdi. Son 18 ildə Prezident İlham Əliyev Ulu Öndərin ideyaları üzərində Azərbaycanı inkişaf etdirərək qalib ölkəyə çevirə bildi. Həll olunmamış yeganə problemimiz olan torpaqlarımızı erməni işğalından azad etdik. Məhz Ulu Öndərin əsası qoyduğu milli birlik və milli həmrəylik 44 günlük Vətən müharibəsində “Dəmir yumruğa” çevrildi. Zəfər günündə Prezident İlham Əliyev Ulu Öndərin məzarını ziyarət edərək “mən xoşbəxt adamam ki, ata vəziyyətini yerinə yetirə bildim” deməsi Prezident İlham Əliyevin Heydər Əliyevə sədaqətin nümayişidir. Bu gün Heydər Əliyevin ən böyük arzusu olan Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu gün Azərbaycan qalibdir. Qalibliyimiz Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi meydanda daha da möhkəmləndirilir. Bu gün Ulu Öndərin ruhu aramızdadır və bütövləşən, qalib və güclü müstəqil Azərbaycanı gördükcə sevinir, şaddır”.

Müəllif: Gülyana

Digər xəbərlər