PDF Oxu

Siyasət

  • 2 396

"Ermənilər düşünürlər ki, övladları hələ də Azərbaycanda saxlanılır" POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Ermənilər düşünürlər ki, övladları hələ də Azərbaycanda saxlanılır" POLİTOLOQ MÖVQE BİLDİRDİ

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyi bu günə qədər rəsmi şəkildə müharibədə həlak olan erməni əsgər və zabitlərinin nə sayını, nə də ad, soyadlarını işıqlandırmayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.“Bir neçə gün bundan öncə müdafiə nazirliyi belə bir məlumat yaymışdı ki, bu, dövlət sirridir. İkincisi, Paşinyan da qeyd etmişdi ki, orada 200-ə yaxın cəsəd var ki, onlar DNK testi həyata keçiriblər, hətta Fransada da bunu təkrar ediblər. Lakin valideynlər onları götürmək istəmir, çünki inanmırlar ki, uşaqları ölüb. Onlar düşünürlər ki, övladları hələ də Azərbaycanda saxlanılır. Ümumilikdə demək olar ki, Ermənistanda dövlət sisteminin böhranını da bununla qiymətləndirmək olar. Necə ki, müharibə dövründə dövlət strukturları öz funksiyasını həyata keçirə bilmədi, müharibədən sonra sərhədyanı bölgəni götürdükdə məlum deyil ki, sərhədə kim cavabdehdir. Bu məsələdə də səhiyyə sisteminin bərbad vəziyyətdə olması bir daha onu deməyə əsas verir ki, Ermənistanda dövlət sistemi işləmir və Ermənistan vətəndaşları bu acı həqiqətlə yaşayır”.

Müəllif: Rüqəyya Orucova

Digər xəbərlər