“Dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək görüşün əhəmiyyəti təbii ki, böyükdür. Həmişə olduğu kimi Ermənistan hər hansı bir razılaşma və yaxud da görüş öncəsi təxribatlar edir. Amma bunların hamısı əbəs yerədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, hərb sahəsində olduğu kimi diplomatik görüşlərdə, ümumilikdə bütün fazalarda Ermənistan Azərbaycana uduzmaqdadır: “Cənab Prezident İlham Əliyev Nikol Paşinyan ilə olan bütün görüşlərində demək olar ki, onu pat vəziyyətinə salıb. Paşinyan həmişə uğursuzluqla Ermənistana qayıdıb. Bu məsələdə Rusiya vasitəçiliyi daha pozitiv köklərdə olub. Təbii ki, Rusiya icazə vermək istəmir ki, bu məsələlərə hansısa bir digər qüvvə cəlb olunsun. Burada ən əsas məsələ Ermənistan hər vəclə bu danışıqlara ATƏT-in Minsk qrupunu cəlb etmək istəyir. Düşünürəm ki, bundan əvvəlki Soçi görüşündə bu məsələlər diqqətdə saxlanılıb. Zəngəzur dəhlizi ilə bağlı, sərhədlərin delimistasiyası və demarkasiyası ilə bağlı və digər məsələləri Azərbaycan tərəfi qaldırıb. Ermənistan tərəfi görüşdən əvvəl hansısa bir təxribatlara əl atmaqla nəyəsə nail olmaq istəyir. Düşünürəm ki, Brüssel görüşü yenə də Azərbaycanın diplomatik qələbəsi ilə başa çatacaq”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Paşinyanın burada bir neçə cəbhədə oynamaq cəhdidir: “İkinci məsələ isə Paşinnyan hərbi-siyasi rəhbərıiyini ölkədə tamamilə təmin edə bilmir. Hətta kənar qüvvələr çalışırlar ki, cəbhədə və ölkədə hər hansı bir təxtibat törətməklə görüşə mane olsunlar. Lakin cənab Prezident yenə də bütün görüşlərdə qalib qismində, sərkərdə qismində diplomat qismində Azərbaycanın şərtlərini söyləyir və Azərbaycanın milli maraqlarını sonadək qoruyur”.