PDF Oxu

Siyasət

  • 2 003

"Bu regional sülhün qurulması istiqamətində atılan mühüm bir addmdır" - MÜNASİBƏT

"Bu regional sülhün qurulması istiqamətində atılan mühüm bir addmdır" - MÜNASİBƏT

“Ümumiyyətlə, dekabrın 15-dən İrəvan-İstanbul aviareysinin açılması haqqında bir sıra proqnozlar var idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında olan gərginliklər Ermənistanın öz hava məkanından istifadəyə şərait yaratmış, həmçinin Ermənistan ərazisi üzərindən Türkiyə hava yollarına məxsus təyyarələrin uçuş imkanının yaradılması və digər məsələlər dekabr ayının 15-dən etibarən İstanbul-İrəvan reysinin fəaliyyət göstərməsinə təkan verdi: “Bu regional sülhün qurulması istiqamətində atılan mühüm bir addmdır. Təsadüfi deyil ki, bu məhz dekabrın 15-dən etibarən fəaliyyət göstərəcək, çünki 15 dekabrda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi proqnozlaşdırılır, lakin bununla yanaşı olaraq Ermənistan həm də Kəlbəcər istiqamətində təxribatlarını da davam etdirir. Bu isə sülhün dayanıqlılığına mənfi təsir göstərir. Digər tərəfdən isə Moskvada regional geo-siyasi arxitekturanın yaranması və gələcək perspektivlərin müzakirəsi məsələsinə baxılır. “3+3” platforması çərçivəsində nümayəndə heyətləri burada iştirak edirlər. Gürcüstanın nümayəndə heyəti iştirak etməsə də əsasən regional iqtisadi nəqliyyat əlaqələrinin bərpa edilməsi, nəqliyyat artilleriyalarının işə düşməsi, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunur. Türkiyənin, Rusiyanın və Azərbaycanın siyasi iradəsi bundan ibarətdir ki, bu regional kommunikasiyalar heç bir ön şərt itəli sürülmədən icra olunmalıdır. Soçi bəyannaməsi də buna əsas verir. Digər tərəfdən İran da bu məsələlərə müsbət yanaşmağa başlayıb. Türkmənistan, İran və Azərbaycan sazişi də buna bir nümunədir. Ümumən əgər regional kommunikasiya və iqtisadi əlaqələrin bərpası konteksində məsələlərə yanaşırıqsa o zaman hava məkanından da maneəsiz istifadə etmək nəzərdən keçirilməlidir və burada Ermənistanın göstərdiyi siyasi iradə də böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də yüklərin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz hərəkətini özündə ehtiva edir. Bu baxımdan hava məkanlarını arasında əlaqələrin bərpa olunması və iqtisadi təməllərin möhkəmləndirilməsi və rəqabət qabiliyyətli mühitin formalaşması mühüm əhəmiyyət kəsb edir”.

Digər xəbərlər