Dekabr ayının 11-də Yeni Azərbaycan Partiyasının Siyəzən və Şabran rayon təşkilatının nümayəndələri, Milli Məclisin deputatı Sadıq Qurbanov müasir və müstəqil Azərbaycanın memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Siyəzən və Şabran rayonlarında yerləşən abidələrini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Siyəzən və Şabran rayon təşkilatının nümayəndələri, Milli Məclisin deputatı Sadiq Qurbanov, şəhid ailələri və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə çiçək düzüblər.