PDF Oxu

Siyasət

  • 875

Məntəqə seçki komissiyaları tam formalaşmış olacaq - MSK SƏDRİ

Məntəqə seçki komissiyaları tam formalaşmış olacaq - MSK SƏDRİ

"Məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə işlər qalıb. Yaxın vaxtlarda iclas keçiriləcək və işlər başa çatdırılacaq. Bununla da məntəqə seçki komissiyaları tam formalaşmış olacaq".

Digər xəbərlər