PDF Oxu

Siyasət

  • 2 664

Qaradağ rayonunda Ulu öndərin xatirəsi anılıb - FOTOLAR

Qaradağ rayonunda Ulu öndərin xatirəsi anılıb - FOTOLAR

Dekabrın 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, deputatlar, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli liderin əbədiyaşar xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə əklil və gül dəstələri qoyulub.

Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar rayonun bütün qəsəbələrində anım tədbirləri keçirilib, ehsan süfrələri açılıb.

Digər xəbərlər