İqtisadiyyat Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda dahi şəxsiyyətin xatirəsini yad edib. SİA xəbər verir ki, nazirliyin rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusunu böyük ehtiramla anıb.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.