Prezident İlham Əliyev: "İdmana olan diqqət və qayğı Azərbaycanın dövlət siyasətidir"
"Cənab Prezident İlham Əliyev hakimiyyət gəldiyi müddətdən bu yana gənclərin gələcəyə uğurla addımlaması üçün bir sıra tədbirlər həyata keçirmişdir".

Bunu “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Rasul Çunayev SİA-ya açıqlamasında bildirib: “Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün hər sahədə olduğu kimi idman sahəsində də uğurlarımız durmadan artır. Onun rəhbərliyi dövründə bir çox idman kompleksləri yaradılıb, Azərbaycanda bir sıra beynəlxalq idman yarışları keçirilib və bu inkişaf davam etməkdədir. Cənab Prezidentimizin idman sahəsinə göstərdiyi diqqətin nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda ölkəmizi təmsil edərək üçrəngli şanlı bayrağımızı səmalarda dalğalandırırlar. Biz tam əminliklə deyə bilərik ki, İlham Əliyev Ulu Öndər Heydər Əliyevin layiqli davamçısıdır”.