"Ölkə başçısı, cənab İlham Əliyev 2021-ci ilin əvvəlində, Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladı. Bununla da Medianın İnkişafı Agentliyi yaradıldı". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva bildirib.
Onun sözlərinə görə, daha sonra Prezidentin tapşırığına əsasən "Media haqqında" yeni qanun lahiyəsi hazırlandı və geniş şəkildə müzakirələrə səbəb oldu: "Mənim media haqqında qanunlarda dəyişikliklərin aparılmasına dair fikirlərim çox müsbətdir. Çünki artıq ən azından nizam-intizam yaranacaq, jurnalistlərin statusu artacaq, jurnalist kartlarının verilməsi qeyri-peşəkarların aradan çıxmasına kömək olacaq. Ümid edirəm ki, qeyri-ciddi, reket jurnalistikası kimi ifadələr lüğətimizdən çıxacaqdır. Mənim üçün sevindirici hallardan biri də insanların şəxsi həyatına müdaxilənin, təhqir və böhtanın qarşısının alınması barədə qanunların qəbul olunmasıdır".
Banuçiçək Hüseynli