“Bildiyimiz kimi Brüssel görüşü Soçi görüşündən sonra baş verdi. Bu vaxta qədər bütün məsələlər geniş mənada öz həllini tapıb. Brüssel görüşündə də bir daha bu məsələlər təsdiqləndi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Ermənistan bu gün dünyada özünü yazıq obrazında göstərməyə çalışsa da, əslində həqiqətən də bu gün Ermənistan yazıq obrazındadır: “Onun beynəlxalq aləmə çıxışı, Rusiya ilə dəmir yolu yoxdur. Cənab Prezident Brüssel görüşündə də qeyd etdi ki, bu dəhlizin açılması Ermənistan üçün öhdəlik olmalıdır. Bu dəhlizin açılması artıq Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi ilə bağlı Ermənistanın razılığa gəldiyi görünür. Əgər, bu proses baş verəcəksə, bu o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”.
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında qeyd etdi ki, Türkiyə dövləti artıq Ermənistan ilə əlaqə qurmağa çalışır və orada xüsusi nümayəndə təyin ediləcək: “Ümumilikdə bu konteksdən nəzər yetirsək, erməni tərəfinin artıq ikinci alternativ yolu yoxdur. Cənab Prezident İlham Əliyev hansı ölkədə olmasından asılı olmayaraq əgər siyasət masasında oturubsa, deməli orada Azərbaycanın gələcək perspektivləri həyata keçirməsi üçün imkanların açılması, uğuru, maraqları var”.
Arzu Qurbanzadə