"Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında qarşılıqlı fəaliyyət qarşılıqlı ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verə bilər”.
SİA xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Zaxarova Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Azərbaycanın Aİİ-də müşahidəçi statusu ala bilməsi ilə bağlı təklifini şərh edərkən deyib:
“Azərbaycanla Aİİ arasında istənilən formatda dialoqun inkişafı qarşılıqlı ticarətin aktivləşməsinə, regionda nəqliyyat yollarının açılmasına və təkcə regional deyil, irimiqyaslı regional infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verə bilər. Bununla belə, belə bir addımın mümkün iqtisadi nəticələrinə dair hərtərəfli ekspert araşdırmasının nəticələrinə əsasən qərarın bütün üzv dövlətlər və maraqlı tərəflər tərəfindən qəbul edildiyi nəzərə alınmalıdır”.
Rusiya XİN sözçüsü əlavə edib ki, Aİİ sıx inteqrasiya və sıx qarşılıqlı fəaliyyətdə maraqlı olan dövlətlər üçün açıqdır.