PDF Oxu

Siyasət

  • 2 037

Görən, Nikolun Araiklə görüşməkdə məqsədi nədir?

Görən, Nikolun Araiklə görüşməkdə məqsədi nədir?

...Deyirlər, ötən gün Brüsseldən İrəvana dönən baş nazir Nikol Paşinyan tələm-tələsik Araik Arutyunyanla görüşüb. İndi ermənilər baş sındırır,.. Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə

Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən rəsmi görüş zamanı Qarabağ müzakirə olunmayıb axı.

Bundan əlavə, bu gün münaqişənin artıq keçmişdə qaldığını qəti şəkildə bəyan edən rəsmi Bakı Qarabağla bağlı heç bir müzakirə aparmadığı da kimə məlum olnmasa da, əksər ermənilərə məlumdur.

Bəs, belə olan halda, Nikolun Arutyunyanla görüşə “can atmasına” səbəb nədir? Maraqlıdır ki, bunlara diqqət çəkən bəzi erməni siyasiləri Nikolun keçirdiyi xüsusi görüşlərindən ehtiyatlı olmağa çağırırlar. Onlara görə, ötən gün Azərbaycan Prezidenti ilə təkbətək görüşən Paşinyanın qarşı tərəfə nə vəd etdiyi yəqin ki, aylar sonra “faş olacaq”...

O da maraqlıdır ki, Paşinyanın Brüsseldəki görüşlərinə diqqət çəkən bir çox ermənilər Nikolun artıq özündən bezən birinə bənzədirlər. Onların dediyinə inansaq, belə başa düşülür ki, guya Nikol artıq tükənib. Yəni belə rəsmi görüşlər üçün “yararsız” olan Nikolun gücü hələ ki, xalqa yalan vədlər verməyə çatır. Bundan əlavə, guya bu gün “rəhbərləri” ona daha bir məsuliyyətli vəzifə, bölgədə Türkiyə-Azərbaycan maraqlarını təbliğ etmək “həvalə ediblər”.

Təbii ki, ermənilər bunu deyərkən ilk növbədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini nəzərdə tuturlar. Bununla yanaşı, onlar iki ölkə arasında münasibətlərin “normallaşması” prosesinin sırf Ermənistanın maraqları hesabına baş verəcəyinə də “şübhə etmirlər”. Onların fikrincə, guya bu normallaşma ancaq Ankaranın təklif edəcəyi şərtlərlə həyata keçiriləcək.

Deyim ki, ermənilər bunun üçün Türkiyənin artıq ilk addımını atdığını, yəni qonşu ölkənin ABŞ-dakı keçmiş səfir Serdar Kılıçın məhz bu məqsəd üçün təyin edildiyini də gizlətmirlər.

Maraqlıdır ki ermənilər dünənə qədər türk siyasətçi Serdar Kılıçla “cəngə girəcək” biri kimi, sabiq “ermənistanlı” Jirayr Liparityanı görürmüşlər ki, amma sən demə, o da “satqının biriymiş”. Ona görə də, məcburiyyət qarşısında qalmalarına baxmayaraq, amma belə bir məsuliyyətli vəzifəni ona həvalə etmək doğru olmaz. Hələ bundan əlavə, ABŞ vətəndaşı olan Liparityan, əgər sabah işinin öhdəsindən gəlməsə, onun aradan çıxıb yenidən ölkəsinə, yəni ABŞ-a qaçması üçün elə də bir çətinlik də yaratmaz.

Məhz elə buna görə də indi ermənilər yenidən, amma bu dəfə daha çox qorxmağa başlayıblar. Onlar indi Nikolun bundan sonrakı təyinatlarla bağlı verəcəyi qərarların sonrakı nəticələrindən qorxurlar.

...Amma deyim ki, Avropadan dönən Nikolun tələm-tələsik Araik görüşmək istəyi hələ də ermənilər üçün sirr olaraq qalmaqdadır.

Ağasəf Babayev

Digər xəbərlər