“Bildiyimiz kimi dekabr ayının əvvəlində radikal müxalifət Bakı şəhərinin Fəvvarələr meydanında qanunsuz aksiya keçirməyə cəhd göstəriblər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.

Onun sözlərinə görə, radikal müxalifət tərəfindən həyasızcasına siyasi məhbus kimi tanınan Saleh Rüstəmli törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunub: “Aksiyanın icazəsiz şəkildə həyata keçirilməsindən tutmuş, Bakının mərkəzində keçirilməsi təbii ki, olduqca yanlış bir addımdır. Digər tərəfdən isə bildiyimiz kimi hal-hazırda pandemiya dövrüdür və ona görə də bu cür aksiyalarln qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır. Helikopter qəzasında Azərbaycanın 14 şəhid verdiyi bir zamanda müxalifətin bundan yararlanaraq aksiya keçirməsi onların məkir niyyətlərindən xəbər verir. Bu aksiyaların keçirilməsinin məqsədi heç də Saleh Rüstəmlini müdafiə etmək deyil, əksinə radikal müxalifət sadəcə diqqət çəkmək istəyir. Belə bir zamanda xarici ölkələr bizə baş sağlığı diləyərkən müxalifətin bu cür aksiyalar keçirməsi mənəvi dəyərlərimizə ziddir. Ümumilikdə 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə siyasi partiyaların bəyanat qəbul etdi və dağıdıcı müxalifət nümayəndələrinin həmin bəyanata imza atmadı. Müxalifət ümumilikdə siyasi iflasa uğramış bir komandadır”.
Arzu Qurbanzadə