PDF Oxu

Siyasət

  • 2 113

“Azərbaycanda radikal müxalifətçi çevrənin cəmiyyətdə heç bir nüfuzu yoxdur“ -MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda radikal müxalifətçi çevrənin cəmiyyətdə heç bir nüfuzu yoxdur“ -MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan xalqı özü dövləti ilə birgə vahid şəkildə Qarabağın işğaldan azad edilməsindən sonra oradakı infrastruktur lahiyələrinin gedişatına fokuslanıbdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmaylov bildirib.

Onun sözlərinə görə, ölkə cəmiyyətinin diqqəti və marağı ölkənin taleyi ilə bağlı olan məsələlərdədir: "Buna misal olaraq Brüsseldə keçirlən Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı sammitini, DSX hərbiçilərinin şəhid olduğu günləri, bundan başqa vətənimiz üçün həssas olan bütün günləri göstərmək olar. Müxalif qüvvələr bu ölkədə onlara marağın olmadığını görüb biyabırçı bir şəkildə qanunsuz aksiyalar keçirdirlər. Bu mitinqlər sadəcə olaraq fiaskoya məhkumdur. Xaricə qaçıb erməni pullarına satılan və erməni lobbisinin miqrantları ilə birgə səviyyəsiz və pirmitivcəsinə öz dövlətinə hücum edən bir neçə dırnaqarası bloqerlərin, 90-cı illərin əqidəsiylə insanları çaşdırıb, meydanlara salmağın heç bir mənası yoxdur. Müxalif qurumlar tərəfindən keçirilən bütün aksiyalar qanunsuz bir şəkildə, Azərbaycan Respublikasının konstitusiyanın heç bir bəndinə cavab vermədən pərakəndə şəklində yığışaraq sərbəst toplaşmaq azadlığı haqqında danışırlar. Lakin sərbəst toplaşmaq haqqında qanunun heç bir bəndindən xəbərləri yoxdur. Avropada və özünü dünyaya demokratiyanın beşiyi kimi təqdim edən ölkələrdə qanunsuz şəkildə aksiya keçirdən insanların üzərinə atlarla, itlərlə hücum etdiklərinin şahidi olsaqda, onlar hələ də, ölkəmizə qarşı növbəti siyasi hücumlar üçün bəhanə zəmini formalaşdırırlar. Düşünürəm ki, Azərbaycanda radikal müxalifətçi çevrənin cəmiyyətdə heç bir nüfuzu yoxdur”.
Banuçiçək Hüseynli

Digər xəbərlər