PDF Oxu

Siyasət

  • 2 176

Brüssel görüşü Azərbaycanın növbəti qələbəsinin göstəricisi idi

Brüssel görüşü Azərbaycanın növbəti qələbəsinin göstəricisi idi

Şahin Seyidzadə, millət vəkili

Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra Azərbaycan 14 dekabr tarixində Brüsseldə həmin qələbəni bir daha rəsmiləşdirməyi bacardı. Bu dəfə rəsmi Bakı diplomatik müstəvidə böyük üstünlüyə nail oldu.

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş dünya mətbuat orqanlarının və siyasi dairələrin əsas diqqət mərkəzində idi.

Brüssel görüşü olduqca böyük tarixi əhəmiyyətə malikdir. Aydındır ki, Soçi görüşündən sonra xüsusi olaraq Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinə yenidən nəzər yetirilməsi, həmçinin Soçi görüşün ardı olaraq burada bir neçə məsələlərin müzakirə olunması perspektiv üçün mühim məsələdir.

Azərbaycan Brüssel görüşünə tam fərqli qatılmışdı. Dünya mediasında da bu görüş haqda proqnozlar, şəhrlər də tam başqa idi. Cənab Prezidentində qeyd etdiyi kimi, Azərbaycan qalib bir dövlət olaraq sülh və sülhə çağrış məsələsini əsas prioritet hesab edirdi.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən açıqlamalarda “Dağlıq Qarabağ” , “status” kimi məsələlərdən bəhs edilməməsi Azərbaycanın maraqları aspektindən olduqca müsbət haldir.

Bu görüş zamanı əsas müzakirələrdən biri komunukasiya və nəqliyyat əlaqələrinin bərpası idi. Zəngəzur dəhlizi boyunca dəmir yolunun açılmasının da bəyanatda əks olunması Azərbaycanın daha bir uğrudur.

Avropa İttifaqının prezidenti Şarl Mişel öz bəyanatında faktiki olaraq Ermənistanı imzalanmış sazişlərin bəndlərinə icra etməyə çağırdı.

Brüssel görüşündə sonra Şarl Mişelin verdiyi bəyanat onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyi təsbit edilib.

Bir daha əminliklə vurğulaya bilərik ki, Brüsseldə keçirilən bu görüş Azərbaycanın növbəti diplomatik uğuru idi.

Digər xəbərlər