PDF Oxu

Siyasət

  • 1 901

Çavuşoğlu ilə Ceyhun Bayramov İslamabadda görüşüblər

Çavuşoğlu ilə Ceyhun Bayramov İslamabadda görüşüblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslamabadda görüşüblər. SİA-nın məlumatına görə, bu barədə Türkiyə XİN başçısı “Twitter” hesabında paylaşım edib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının Əfqanıstana dair fövqəladə iclası çərçivəsində baş tutub.

Türkiyə və Azərbaycan XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər: “Regiondakı normallaşma prosesinin hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”.

Digər xəbərlər