PDF Oxu

Siyasət

  • 2 871

Beynəlxalq aləm ölkəmizin təşəbbüslərini dəstəkləyir - TƏHLİL

Beynəlxalq aləm ölkəmizin təşəbbüslərini dəstəkləyir - TƏHLİL

Pandemiyaya qarşı mübarizədə ölkəmizin beynəlxalq müstəvidə liderliyini möhkəmləndirdiyi günümüzün reallığıdır və Azərbaycan digər istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də beynəlxalq miqyasda dəstəklənməkdədir. Dəfələrlə şahidi olmuşuq ki, ölkə başçısı, cənab Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı təklifləri, çağırışları alqışla qarşılanıb, dəstəklənib və müdafiə olunub. Artıq beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini yekdilliklə dəstəkləyir və bu, səbəbsiz, əsassız deyil.

Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Qoşulmama Hərəkatının adından Azərbaycan tərəfindən irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib ki, bu böyük bir uğurdur. Bu qədər mötəbər bir qurumda ölkəmiz, ölkə başçımız tərəfindən irəli sürülən təkliflə əlaqədar qətnamə qəbul edilməsi Azərbaycanın mövqeyinin nə dərəcədə güclü olduğunun isbatıdır ki, bunu hər kəs çox yaxşı başa düşür. Başa düşənlər də dərk edirlər ki, bu da səbəbsiz deyil. Səbəbi isə bəllidir və ölkəmizin bu sahədə gördüyü işlər, uğurlu fəaliyyəti hər kəsə bəllidir.

Həqiqətən də pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə bir örnəkdir. Bütün dünya sözügedən virus peyda olduğu zaman Azərbaycanın görüyü tədbirləri çox yaxşı qiymətləndirirdi və indi də yüksək qiymətləndirməkdədir. Təsadüfi deyildi ki, bu barədə Ümumdünya Səhiyyə təşkilatı da bu barədə bəyan etmişdi. Qurum ölkəmizin bu qlobal bəlaya qarşı tədbirlərini alqışlayır yüksək qiymətləndirir, nümunə olduğunu belə bəyan edirdi və indi də bu qənaətdədir. Çünki, pandemiya ilə mübarizədə, insanların bu virusa, koronavirusa yoluxmasının minimuma endirilməsi istiqamətində ölkəmizin gördüyü işlər, qabaqlayıcı tədbirlər, bunun da məntiqi nəticəsi olan göstəricilər göz önündədir və Azərbaycanda yoluxmanın digər ölkələrdən daha aşağı səviyyədə müşahidə edilməsi təkzibedilməzdir.

Təbii ki, pandemiyanın ilk günlərindən ölkəmizdə çox düşünülmüş, məqsədyönlü tədbirlər görüldü, virusun geniş yayılmasının, fəsadlar törətməsinin qarşısı vaxtında alındı və bu məqsədlə, hətta Nazirlər Kabineti yanında Operativ Qərargah belə yaradıldı. Ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin pandemiyanın başlandığı zamanda bu məsələyə çevik münasibət göstərməsi, uğurlu qərarları və addımları hər kəsə bəllidir. Unutmaq lazım deyil ki, “Biz birlikdə güclüyük” sosial çağırışı, buna da Azərbaycan xalqının reaksiyası, yəni xalq-dövlət birliyi virusun, xəstəliyin sürətlə yayılmasına sipər oldu. Bu gün dünya ölkələrinin bir çoxunda koronavirusla əlaqədar acınacaqlı vəziyyətin olması fonunda ölkəmizdə vəziyyət qənaətbəxşdir ki, bu fakt özü də təkcə Azərbaycanda deyil, bütün dünyada layiqincə qiymətləndirilir. Bütün dünya şahidi oldu ki, pandemiyanın təsirinə məruz qalan imkansız vətəndaşlara, eyni zamanda sahibkarlara dəstək məqsədi ilə büdcədən külli miqdarda vəsait ayrıldı və verildi ki, bütün bunlar pandemiyanın zərərli təsirlərinin aradan qaldırılmasına xidmət edib. Təbii ki, pandemiyanın ilk günlərindən başlayaraq uğurla həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verib və yenə də verməkdədir, hansıki bu da diqqətdən kənarda qala bilməz.

Məsələ burasındadır ki, Azərbaycan təkcə ölkə daxilində deyil, bütün dünya miqyasında bu işdə, pandemiya ilə mübarizə işində öz tövhələrini verib və son beynəlxalq tədbir təsdiq edir ki, yenə də tövhələr verməkdədir. Elə bu baxımdan da dünya bu tövhələrin fonunda ölkəmizin, ölkə başçımızın səylərini yüksək qiymətləndirir və bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Necə deyərlər buna ölkəmizin, ölkə başçımızın haqqı şatır və görülən işlər buna zəmin yaradır.

BMT-dən sonra dünyada ən çox üzvü olan Qoşulmama Hərəkatının son illər fəaliyyətində müşahidə olunan canlanma da, aktivlik də diqqətdən yayına bilməz. Bu qurum özünün ən aktiv dövrünü keçməkdədir deməkdə hər kəs haqlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, hərəkat son on illərdə ən qüdrətli çağını da məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirdiyi göz önündədir və bu təkzibedilməzdir. Çünki, bu son dövrlərdə irəli sürülən məsələlər məhz ölkəmizin, ölkə başçımızın təşəbbüsü ilə reallaşdırılır. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Dəfələrlə beynəlxalq platformalarda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qlobal bəlaya qarşı birləşmək, həmrəy olmaq, qüvvələri səfərbər etmək təklifi ilə çıxış edib və öz təkliflərini də irəli sürüb ki, burada məqsəd ilk növbədə insanları bu xəstəlikdən mümkün qədər mühafizə etməkdir, bir sözlə, humanizm prinsipləri başlıca məqsəddir.

Bir çox inkişaf etməkdə olan ölkədə hələ də vaksinlər əlçatan deyil, insanlar bu vaksinləri əldə edə bilmirlər və bunun da acı nəticələri bəllidir. Məhz buna görə də “vaksin millətçiliyi”ndən uzaq durmaq, vaksinlərin ədalətli bölünməsinə nail olmaq üçün hələ ilk günlərdən Azrbaycan öz təkliflərini irəli sürüb. Hər zaman Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bu mövzuya həssaslıq nümayiş etdirib. Təbii ki, bu təşəbbüslər ölkəmizə olanb etimadın daha da artmasına gətirib çıxarıb ki, bunun məntiqi nəticəsini görməkdəyik. Məhz 171 ölkənin Azərbaycanın müəllifi olduğu qətnamənin lehinə səs verməsi bunu təsdiq edir. Cari il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınaması və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini elan etməsi də məhz ölkə liderinin uğurudur ki, bunu da hər kəs yaxşı başa düşür. Görünür elə başa düşdükləri üçün də ölkəmizin, ölkə başçımızın təşəbbüstləri dəstək qazanır və müdafiə olunur.

Pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın daha bir təşəbbüsü BMT səviyyəsində yenə də dəstək q azandı. Bu fakt özü-özlüyündə beynəlxalq aləmdə ölkəmizə sağlam etimad mühitinin formalaşdığını təsdiq edir. Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin humanitar prinsiplərdən çıxış edərək ədalətsiz bölgüyə qarşı sərt mövqeyi qlobal aləmdə rəğbətlə qarşılanmaya bilməzdi. Əlbəttə ki, qarşılandı və bununla Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə töhfə vermiş oldu. Bu eləcə də Azərbaycanın bu hərəkata sədrliyinə olan müsbət münasibətin təzahürü idi. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin daha bir il müddətə uzadılması da bu baxımdan təsadüfi deyildin və məhz bu münasibətin ifadəsi hesab oluna bilər. Sözsüz ki, bütün bunlar rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha aktiv rol oynayacağına gətirib çıxaracağından xəbər verir. Təbii ki, artıq Azərbaycanın lider dövlət olduğu qəbul edilir, ölkəmizin və ölkə başçımızın, cənab Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir.

Digər xəbərlər