PDF Oxu

Siyasət

  • 2 929

“...Ağası gülüm olanın, başına külüm olar”

“...Ağası gülüm olanın, başına külüm olar”

Sən demə, bəzi beynəlxalq təşkilat rəhbərləri və dövlət liderlərinin Azərbaycana əsir düşmüş ermənilərin geri qaytarılmasını tərifləyib təqdir ertməsi “artsaxn dövlət naziri” (?) Artak Beqlaryanın olmayan şəstinə toxunubmuş.

“...Kimsə izah edə bilərmi ki, niyə bəzi beynəlxalq liderlər Azərbaycanın erməni əsirlərinin qaytarılmasını bu qədər tərifləyirlər?”.

Deyim ki, bunu sosial şəbəkələrdə paylaşan cılız düşüncəli erməni Artak Beqlaryanın dediyindən belə başa düşülür ki, guya erməni əsirlərin Ermənistana qaytarması Azərbaycanın əsas borclarından biri olmalıdır(?).

Bu gün Azərbaycanda hələ də xeyli erməni əsirini girov kimi saxlandığını düşünüb bəyan edən Beqlaryan “...əgər siz cəza əvəzinə cinayətkarın “xoş niyyətini” tərifləyirsinizsə, cinayətkar davranışı təşviq etmiş olursunuz”-deyə yazıb.

İnanın ki, burada belələri üşün bizim o “...axmağa hörmət edərsən, deyər məndən qorxdu” məsəli necə də yerinə düşür.

Gərək ki, Artak bir müddət bundan əvvəl erməni diaspor nümayəndələrinə ianə üçün minnətçi düşərkən də, özünü “dövlət naziri” kimi təqdim etmişdi.

Belə görünür ki, Beqlaryanın özünün olmasa da, amma “daşıdığı vəzifəsinin çəkisi ağır olmaqla yanaşı, həm də çox məsuliyyətlidir”.

...Amma, mən deyərdim ki, bu “ağır və məsuliyyətli” yox, əslində çox gülüncdür...

Yeri gəlmişkən bizlərdə belə yerdə “...ağası gülüm olanın, başına külüm olar”-deyərlər.

Ağasəf Babayev

Digər xəbərlər