PDF Oxu

Siyasət

  • 2 682

Vətəndaşın rifah halı dövlətin diqqətindən kənarda qalmır - RƏY BİLDİRİLDİ

Vətəndaşın rifah halı dövlətin diqqətindən kənarda qalmır - RƏY BİLDİRİLDİ

“Ölkəmizdə hər zaman vətəndaşların sosial qayğıları, zəruri ehtiyacları dövlətin diqqət mərkəzində olub. Bu Ulu öndər Heydər Əliyevin dövründə də dəfələrlə vurğulanıb. Yəni Ulu Öndər qeyd etmişdir ki, Azərbaycan vətəndaşının rifahı daim dövlətin diqqət mərkəzində olmalıdır. Bu gün də Ulu Öndərin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə uğurlu addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, dövlətin xüsusi proqramları qəbul edilir və bu istiqamətdə mərhələli şəkildə vətəndaşlarımızın rifahının yaşxılaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir: “Dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində daim hər bir Azərbaycan vətəndaşının rifahı prioritet təşkil etmişdir. Bu mənada atılan addımlar, görülən zəruri işlər insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanmışdır. Eyni zamanda cənab Prezident daim Azərbaycan vətəndaşlarının yanında olub, onların vəziyyəti ilə maraqlanıb, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində çox uğurlu addımlar atılıb. Xüsusən də imtiyazlı ailələrin, şəhid ailələrinin, qazilərimizin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda dünyanı cənginə alan Covid-19 pandemiyası dövründə ölkə rəhbərinin yürütdüyü çevik siyasət nəticəsində ölkəmiz çox az itki ilə bu problemi uğurlu şəkildə dəf etdi. Bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirildi. Qısa zaman kəsiyində ölkəmizdə qoruyucu maskaların istehsalı, dezinfeksiyaedici məhsulların istehsalı sexləri yaradıldı. Xəstələrin qəbulu ilə əlaqədar qısa zaman kəsiyində modul tipli xəstəxanaların tikintisinin başa çatması, onun lazımi avadanlıqlarla təchiz edilməsi, ümumiyyətlə bunların hamısı Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması baxımından dövlətin yürütdüyü siyasətin tərkib hissələrindən biridir.

Eyni zamanda pandemiya dövründə işsiz əhaliyə, aztəminatlı ailələrə dövlətin ayırdığı vəsaitlər göstərir ki, Azərbaycan dövləti vətəndaşlarının rifahının yaxşılaşdırması istiqamətində öz səylərini davam etdirir. Əhalinin sosial rifahının qorunması sahəsində cənab Prezidentin 2021-ci ilin oktyabr ayının 16-da imzaladığı sərəncamda bu islahatlar üçün illik 1,5 milyard manat vəsaitin artırılması nəzərdə tutulub. İslahatlar təxminən 2022-ci ildə 2,1 milyondan çox insanın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardandır. Cənab Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixində imzaladığı sərəncamla minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırıldı. Eyni zamanda ümumtəhsil ocaqlarında, peşə məktəblərində çalışan müəllimlərin əməkhaqlarının artırılması olduqca müsbət haldır. Son zamanlar cənab Prezidentin fərman və sərəncamlarında digər imtiyazlı ailələrin sosial vəziyyəti də diqqətdən kənarda qalmayıb. Bilirsiniz ki, 1-ci qrup, 2-ci qrup, 3-cü qrup əllilərimizin müavinətlərinin artırılması, minimum pensiyanın artırılması, eyni zamanda 18 yaşadək sağlamlıq imkanları məhdud olan şəxslərin müavinətlərinin artırılması, dəfn mərasimləri ilə əlaqədar verilən müavinətlərin artırılması və s. istiqamətlərdə addımlar atılmışdır. Bu cür tədbirlər mütəmadi xarakter daşıyır və dövlətimizin siyaətinin mərkəzində dayanır.

Cənab Prezidentin 2003-ci ildən bu günə qədər fəaliyyətini araşdırsaq görərik ki, bu prioritet məsələlərdən biridir. Heç vaxt vətəndaşın rifah halı dövlətin diqqətindən kənarda qalmır və bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək”.

Digər xəbərlər