PDF Oxu

Siyasət

  • 4 812

Prezident hərbçilərlə görüş zamanı sərt mesajlar verdi - TƏHLİL

Prezident hərbçilərlə görüş zamanı sərt mesajlar verdi - TƏHLİL

Artıq davamlı olaraq bütün dünya ictimaiyyəti Azərbaycanda dövlət əhəmiyyətli, xalqın, eləcə də dövlətin tarixinə yazılacaq qədər önəmli, vacib olan hadisələrin şahidi olur və cənab Prezident İlham Əliyevin praktik addımlarını görür, şübhəsiz ki, Ermənistan tərəfi də daxil olmaqla, bir çoxları özləri üçün nəticələr çıxarmalı olurlar. İndi hər kəs yaxşı bilir ki, zaman da dəyişir, reallıqlar da dəyişir, amma dəyişməyən yalnız Azərbaycan Prezidentinin xalqın arasında olmaq, ad gününü belə xalqla bir yerdə qeyd etmək ənənəsidir.

Bu dəfə ölkə rəhbərimiz cənab İlham Əliyev ad gününü Azərbaycan Ordusu ilə, əsgər və zabitlərlə birgə qeyd etdi. Bəli, bu dəfə Ali Baş Komandan onun əmri ilə dərhal hücuma keçən, müqəddəs missiyadan dönməyən, şəhidlər verərək torpaqları işğaldan azad edən ordu ilə, əsgər və zabitlərlə bir yerdə oldu. Bir növ bu səfər əldə edilən qələbələrə, torpaqlarımızın işğladan azad edilməsi uğrunda mübarizliyinə, dönməzliyinə, müzəffərliyinə görə Ali Baş Komandanın öz ordusuna təşəkkür jesti olduğu da düşünülür. Ölkə rəhbərinin müharibə qəhrəmanlarına, şəhid ailələrinə, qazilərə və ümumilikdə hərbçilərə göstərdiyi qayğı da təkzibedilməzdir və bu, Azərbaycan Əsgərinə verilən dəyərin bariz nümunəsidir. Hərbçilərin bir sıra, eləcə də məişət problemlərinin belə həlli istiqamətində atılan addımlar, 2200 hərbçiyə mənzillərin verilməsi, ilin sonuna qədər 130 hərbçiyə yeni mənzillərin veriləcəyi barədə qərara gəlinməsi dövlətimizin, dövlət başçımızın hərbçilərə olan diqqət və qayqğısı deməkdir və sadalananları isbatlayır. Bu həm də təsdiq edir ki, Azərbaycan Ordusu, hərbçilərimiz ölkə rəhbərinin qayğısı ilə əhatə olunub və Ordumuzun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması göstərir ki, bundan sonra da bu qayğı davam etdiriləcək. Xüsusilə, ölkə rəhbərinin öz ad gününü hərbçilərlə bir yerdə keçirməsi bir çox məqamlara aydınlıq gətirir və təsdiq edir ki, ordu quruculuğuna, hərbi sahəyə diqqət var və bundan sonra daha çox olacaq.

Maraqlı bir sual ortaya çıxa bilər ki, niyə ilk öncə məhz Hadruta səfər edildi, oradan da Şuşaya üz tutuldu? Heç birimizin xatirəsindən 44 günlük Vətən müharibəsindəki Hadrut əməliyyatları çıxan deyil və bilirik ki, bu əməliyyat sayəsində düşməndən geri götürülən bu strateji qəsəbənin azad edilməsi ondan sonrakı əməliyyatların icra edilməsi üçün mühüm əməliyyat sayılır. Çünki, dağlıq ərazi olan Hadrutun geri alınması ətraf ərazilərə nəzarət imkanı demək idi və əbəs yerə deyildi ki, ermənilər ən çox müqaviməti də elə Hadrutda göstərdilər, elə bu dağlıq ərazilərdə olan döyüşlər ən şiddətli döyüşlərdən sayılır. Dəmir yumruğun daha təsirli olduğu yerlərdən biri də Hadrud idi və burada olan əməliyyatlar ermənilərə Azərbaycan Ordusunun məğlubedilməz olduğunu sübut edən əməliyyatlar oldu. Ən çox canlı qüvvəni məhz Hadrutda cəmləşdirən düşmən bununla belə məğlubiyyət açısını dadmalı oldu və dərk etdi ki, bundan sonra Azərbaycan Ordusunun qarşısı alınmazdır. Bir sözlə, Hadrut əməliyyatları gələcək qələbəmizin anonsunu vermiş oldu. “Hadrutdan sonra Şuşaya yolumuz açıldı”, sözlərini də cənab Prezident əbəs yerə deməmişdi və buna görə də ilk növbədə məhz Hadruta səfər edilməsi təsadüfi hesab edilə bilməz.

Bəli, düşmənin silahlı qüvvələrinə Azərbaycan Ordusu elə bir dərs verdi, elə sarsıdıcı zərbə endirdi ki, yarım əsrə qədər müddətdə Ermənistan özünə gələ bilməyəcək. İtirdiyi texnikaya, canlı qüvvəyə, eləcə də vəsaitlərə görə işğalçı ölkə diz üstə çöküb və ayağa qalxmağa taqəti də yoxdur. Bəlkə də elə yarım əsrlik zaman fasiləsində topladığı hərbi texnikanı, silah-sursatı Ermənistan itirmiş oldu. Ola bilsin ki, belə bir silah-sursatı toplamaq üçün yarım əsr dediyimiz zaman bir tərəfə, Ermənistan kimi səfalət altında olan dövlət çox güman ki, hərbi texnika, silah-sursat üçün lazım olan vəsaiti belə bundan sonra heç yuxusunda görməyəcək və nə qədər təxribatlara əl atsa da bu ölkə Azərbaycan qarşısında dayana bilməyəcəyini çox yaxşı başa düşür. Başa düşür ki, bu vaxta qədər əllərinə topladıqları hərbi texnika, silah-sursatla, qurduğu istehkamlarla, ordu adlandırdığı silahlı qüvvələrlə Azərbaycan Ordusunun qarşısında dayana bilməyibsə, deməli, xırda dəstələrlə, kol dibində gizlənən diversantlarla, quldurlarla nəyə isə nail ola bilməz.

Bu da reallıqdır ki, hərbi eskalasiya riski qalmaqda davam edir və müharibə hədələri də var. Qazanılan zəfərlə bizim də kifayətlənmək niyyətimiz yoxdur və Böyük Qələbədən sonra ilk silahlı qüvvələr günündə cənab Prezidentin, “Azərbaycan hərb sahəsi ilə bağlı strategiyasını bundan sonra da davam etditəcək, ordunun müasir silahlarla təchizatı prosesinə ara verilməyəcək və bu məqsədlə hazırlanan kontraktlar mütləq şəkildə yerinə yetiriləcək”, deməsi bunu təsdiq edir. Elə Hadrut ərazisində komanda briqadalarının yaradılması, eləcə də yeni infrastrukturun formalaşdırılması ordu quruculu prosesinin artıq yeni mərhələyə keçdiyini göstərir. Bu, onu deməyə əsas verir ki, həqiqətən də biz qazanılan zəfərlə kifayətlənmirik və ölkəmiz hərb sahəsi ilə bağlı strategiyasını daha da möhkəmləndirir, ölkənin təhlükəsizliyi daha həssas şəkildə qorunur.

Yeni texnikaların alınması barədə dəfələrlə bəyan edilib və ölkə rəhbəri də qeyd edib ki, biz bunu gizlətmirik və heç zaman da gizlətməmişik. Məsələ burasındadır ki, müasir tələblərə cavab verən hərbi texnikaların, silah-sursatın alınması, eyni zamanda yeni silahlı birləşmələrin yaradılması məhz yeni müharibə təhdidini aradan qaldırmaq məqsədi daşıyır. Çünki, nəzərə alsaq ki, Ermənistanın Qərbdə hələ havadarları, eləcə də bütün dünyaya səpələnmiş erməni lobbisi var və onlar bölgədə vəziyyəti bir daha gərginləşdirmək üçün dəridən qabıqdan çıxır, deməli təhdidlərin olmaması barədə demək də olmaz. Məzh hansısa status barədə axmaq fikirləri gündəmə gətirərək işğaldan azad olunan ərazilərə yiyələnmək, bu torpaqları bir də ələ keçirmək arzusu təhdidlərin olduğunu isbatlayır. Xatırlayırıqsa, bir vaxtlar “müharibə başlayarsa, erməni tankları Bakının küçələrində olacaq”, deyən, amma sonra həmin tankları Hərbi Qənimətlər Parkında görən ermənilər dünyaya səs salaraq buna etiraz etməyə başladılar və heç şübhəsiz ki, bunun acısını dadanlar, revanşizm ideyası, qisas hissi ilə alışıb yananlar ən azından Ermənistanda var. Onlar məhz bu hisslərlə mütəmadi olaraq təxtibatlar törədir, atəşkəsi pozur, bununla hərbi avantüralara əl atırlar. Bax elə Hadrut ərazisində komanda briqadalarının yaradılması Ermənistan tərəfinin hərbi avantüralarına növbəti bir cavabdır.

Cənab Prezidentin Ermənistan tərəfinə müharibədən öncə də, 44 günlük müharibə dönəmində də, post-müharibə dönəmində də verdiyi sərt mesajlarının şahidi olmuşuq. Tək biz yox, bütün dünya bunun şahidi olub. “Ağıllarını başlarına yığsınlar”, deyə hər dəfə ölkə başçımız ermənilərə aydın şəkildə mesajlar verib, doğru yolu göstərib və əks təqdirdə nə ilə qarşılaşacaqlarını da açıq şəkildə bildirib. Bunu dərk etməyənlər başları üzərində dəmir yumruğu görən zaman dərk etməli olublar. Yenə də ölkə rəhbərimiz Ermənistan tərəfinə çox aydın mesajlar verdi və bildirdi ki, bundan sonra heç kim Azərbaycana mane ola bilməyəcək, biz öz ərazi bütövlüyümüzü qoruyacağıq və bunun üçün bizim siyasi iradəmiz də var, gücümüz də.

Azərbaycan Respubliasının Prezidenti hərbçilərlə görüş zamanı sərt mesajlar verdi və kimlərinsə xam xəyallara düşməsinin mənasız olduğunu bəyan etdi. Ölkə rəhbəri xüsusilə vurğulayıb ki, əgər Ermənistan bizim üçün yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı ikinci Qarabağ müharisəində olduğu kimi olacaq və heç zaman imkan verilməyəcək ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hərhansı bir təhdid yaradılsın. Ali Baş Komandan hazırda Ermənistanda revanş haqqında düşünənlərə də öz sərt mesajlarını verib və diqqətə çatdırıb ki, heç nəyə baxmadan lazımi addımları atacağıq, hansıki bunun üçün siyasi iradəmiz də, gücümüz də var.

Digər xəbərlər