İran hökuməti İran Xarici İşlər Nazirliyinin Qafanda baş konsulluğun açılması təklifini bəyənib. SİA xəbər verir ki, bu barədə məlumat İran prezidentinin rəsmi saytında dərc olunub.
“Konstitusiyanın 138-ci maddəsinə əsasən, Nazirlər Şurası Xarici İşlər Nazirliyinin Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması təklifini təsdiqləyib”, - məlumatda deyilir.