"SSRİ dağıldıqdan sonra bildiyimiz kimi Müstəqil Dövlətlər Birliyi yarandı. Müstəqil Dövlətlər Birliyinin yaradılmasında artıq 30 il keçir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, təşkilatın ildönümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda qeyri-rəsmi görüş keçirildi: "Bildiyimiz kimi Azərbaycan 1993-cü ildən MDB-yə üzvdür. Azərbaycan da öz üzərinə müəyyən öhdəliklər götürüb. Təbii ki, bu öhdəliklər qarşılıqlıdır. 44 günlük müharibə zamanında Ermənistandan başqa bütün MDB ölkələri Azərbaycanı dəstəkləyirdi. Yəqin ki, burada hansısa birgə razılaşma əldə olunacaq. Çünki yeni dünya düzənində Müstəqil Dövlətlər Birliyi bir qurum kimi öz mövcudluğunu qorumalıdır. Bu Azərbaycan üçün təbii ki, maraqlıdır. Çünki noyabr ayının 12-də İstanbulda Türkdilli Dövlətlərin Təşkilatı elan olundu. Həmin təşkilatın MDB çərçivəsində ilk qeyri-rəsmi toplantısı oldu. Ümumilikdə bu qeyri-rəsmi görüş birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğundur. Çünki son 28 ildə Azərbaycan MDB toplantılarında məğlub ölkə kimi iştirak edirdi. Azərbaycan ilk dəfədir ki, MDB toplantısına qalib bir ölkə kimi gedir".
Arzu Qurbanzadə