Dekabrın 29-da Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda YAP Təftiş Komissiyasının 2022-ci il üçün İş Planının təsdiqi müzakirə olunacaq, cari məsələlərə baxılacaq.
İclasda YAP Təftiş Komissiyasının üzvləri – Aydın Hüseynov, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Səməd Seyidov, Musa Musayev, Cavanşir Paşazadə və Elman Nəsirov İş Planına münasibət bildiriblər.
Sonda YAP Təftiş Komissiyasının 2022-ci il üçün İş Planı təsdiq olunub.