PDF Oxu

Siyasət

  • 4 082

“Şuşa İli” Azərbaycanın inkişafında, qüdrətlənməsində tarixə yazılan yeni bir səhifə olacaq” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Şuşa İli” Azərbaycanın inkişafında, qüdrətlənməsində tarixə yazılan yeni bir səhifə olacaq” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Bu ilin “Şuşa İli” elan edilməsinin çox böyük simvolik mənası vardır. İl təkcə Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın adı ilə bağlı deyil və Şuşa bu gün Azərbaycanı tanıtma simvollarından birinə çevrilib.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Millət vəkili qeyd edib ki, Şuşa bizim üçün mədəniyyətimiz, tariximiz, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz Zəfər deməkdir.“Şuşa bizim torpağa bağlılığımızın göstəricisidir və “Şuşa İli” elan edilməsi işğaldan azad edilən torpaqların bərpasında Azərbaycan dövlətinin qətiyyətini, əldə etdiyi nəticələri özümüzə və dünyaya göstərmək üçün yeni bir imkan olacaq. Bu il artıq ilk məcburi köçkün ailələri öz dədə-baba torpaqlarına qayıdacaqlar. Ağdam və Cəbrayılla yanaşı digər rayon mərkəzlərinin də yeni planla əsası qoyulacaq. Kommunikasiyaların bərpası davam etdiriləcək. Bəziləri isə artıq başa çatdırılacaq. Bir çox kəndlərimizin, şəhərlərimizin əsası qoyulacaq və il ərzində onların artıq məşkunlaşdırılması baş verəcək.Şuşanın isə sözün əsl mənasında mədəniyyət paytaxtı kimi formalaşmasına dövlət böyük diqqət ayıracaq. Şüşa bizim kimliyimizdir, Şuşa bizim adımızdır və Şuşada beynəlxalq tədbirlərin, ilk növbədə mədəniyyət tədbirlərinin keçirilməsi geniş vüsət alacaq. Füzuli Beynəlxalq Aeroportunun işə salınması işğaldan azad olunan və bərpa edilən ərazilərlə yanaşı, Şuşa şəhərinin də turist marşrutlarına əlavə edilməsinə şərait yaradacaq.Eyni zamanda bu il Şuşanın əsasının qoyulmasının 270 illik yubileyi tamam olur. Bunun özü Qarabağa, Şuşaya Azərbaycan xalqının bağlılığının növbəti bir göstəricisidir. “Şuşa İli” Azərbaycanın inkişafında, Azərbaycanın qüdrətlənməsində tarixə yazılan yeni bir səhifə olacağına heç kimin şübhəsi yoxdur”, deyə Aydın Mirzəzadə bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər