PDF Oxu

Siyasət

  • 2 211

Azərbaycan regionda və dünyada sülhə xidmət edən mövqeyini ortaya qoyub - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

Azərbaycan regionda və dünyada sülhə xidmət edən mövqeyini ortaya qoyub - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

"Azərbaycan regionda sülhə xidmət edən siyasət yürüdür. 44 günlük müharibə də onu göstərdi ki, torpaqlar işğaldan azad edilmədikcə bu regionda sülhü əldə etmək qeyri-mümkündür. Çünki erməni işğalçıları, erməni faşizmi Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağı işğal edib dağıtmaqla, eyni zamanda bu ərazilərdə qeyri-qanuni narkotik maddələrin yetişdirilməsi, qaçaqmalçılıq, digər qanuna zidd əməlləri ilə təkcə Azərbaycan üçün, region üçün yox, beynəlxalq aləm üçün də təhlükə yaradırdı". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, o zamanlar biz deyirdik ki, bu bölgədə Ermənistanın müəyyən vəzifəli şəxsləri müxtəlif qanunsuz əməllərlə məşğuldur. Müharibədən və torpaqların işğaldan azad edilməsindən sonra Azərbaycan dərhal bəyan etdi ki, sülh sazişi imzalanmalıdır və regionda sülh olmalıdır. Regionda sülhün yaranması təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, eyni zamanda qonşu ölkələr olan İran, Türkiyə, Rusiya və Gürcüstan üçün də vacibdir. Bu baxımdan Azərbaycan bütün beynəlxalq tədbirlərdə sülhə xidmət edən mövqeyini ortaya qoydu ki, sərhədlər tanınsın, Zəngəzur dəhlizi açılsın və iki ölkə arasında sülh sazişi imzalansın.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Bu da onu göstərir ki, Azərbaycanın bu sülhə istəyi, sülhə meyilli olması artıq yavaş-yavaş dünya dövlətləri tərəfindən tanınmağa başladı. Rusiya artıq inandı ki, Azərbaycan doğrudan da sülhə xidmət edən siyasət yeridir. İran nə qədər bizim xoşumuza gəlməyən və beynəklxalq hüquqa zidd hərəkətlər etsə də sonda razılaşmalı oldu ki, Azərbaycanın mövqeyi sülhə xidmət edən mövqeydir. Sonda Azərbaycanın da iştirak etdiyi Brüssel görüşündə və bundan öncə Aİ-nin sədri Şarl Mişellə ikitərəfli və üçtərəfli görüşlərdə Azərbaycanın ortaya qoyduğu mövqe Aİ tərəfindən tanındı. Eyni zamanda razılaşdırılmış bəyanatlarda qeyd olundu ki, bölgəyə sülh lazımdır. Bu çağırış daha çox Ermənistana yönəldildi. Azərbaycanın sülhə çağırışı və sülh istəyi tam olaraq Aİ tərəfindən də tanındı. Bundan əvvəl də dekabr ayında BMT-nin beynəlxalq məhkəməsində də Azərbaycan tərəfinin qələbəsi ilə beynəlxalq məhkəmədə qərarın qəbulu, Ermənistana çağırışların olması bir daha Azərbaycanın haqlı olduğu, sülhə xidmət ediyi beynəlxalq aləmdə öz təsdiqini tapmış oldu. Mən belə hesab edirəm ki, artıq bütün dünya dövlətləri Azərbaycanın hazırki siyasi kursunun sülhə xidmət edən siyasi kurs olduğunu görür və bununla barışmağa, razılaşmağa məcburdurlar. Düzdür, elə qüvvələr var ki, bu proseslərin uzanmasını, Ermənistan-Azərbaycan münasibətlərinin tam tənzimlənməməsini, bölgədə sülhün olmamasını istəyir. Amma Azərbaycanın yürütdüyü siyasət dünya dövlətlərini, beynəlxalq təşkilatları məcbur etdi ki, onlar Azərbaycanın mövqeyi ilə tam tanış olub, onunla razılaşsınlar. Azərbaycan nəinki regionda, həm də dünyada sülhə xidmət edən mövqeyini artıq ortaya qoyub. Dünya dövlətləri də artıq bununla razılaşır".

Digər xəbərlər