PDF Oxu

Siyasət

  • 2 249

Tariximizə qızıl hərflərlə yazılacaq “ŞUŞA İLI” - TƏHLİL

Tariximizə qızıl hərflərlə yazılacaq “ŞUŞA İLI” - TƏHLİL

Ölkə başçısının 2022-ci ili “Şuşa İli” elan etməsi hər bir azərbaycanlının ürəyincə oldu və bununla bağlı sevinc, fərəh hissini hər birimizin duyduğunu da müşahidə edirik. Bu ilin, 2022-ci ilin “Şuşa İli” elan edilməsinin istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda minnətdarlıq və məmnunluqla müzakirə edilməsi bütün dünya azərbaycanlıları tərəfindən bunun sevinclə qarşılandığını təsdiqləyir. Hər bir azərbaycanlı bu il çərçivəsində keçiriləcək tədbirləri səbirsizliklə gözləyir və əhəmiyyətini də sözsüz ki, dərk edir.

Etiraf edilməlidir ki, torpaqlarımızın, ələlxüsus Azərbaycanın mədəniyyət ocağı olan Şuşanın işğaldan azad olunmasının ardınca 2021-ci ildə həmin ərazilərdə quruculuq, abadlıq işlərinə başlanılması, 2022-ci ilin də “Şuşa İli” elan edilməsi ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin uzaqgörənliyini, xüsusilə müdrikliyini bir daha təsdiq edir. Nəzərə alsaq ki, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması çox önəmlidir, vacibdir və bu baxımdan da əlbəttə ki, cari ilin “Şuşa İli” elan edilməsinin həm tarixi, həm siyasi, həm də hüquqi əhəmiyyətə malik olduğunu hər kəs çox yaxşı başa düşür.

Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Dövrümüzə qədər zəngin inkişaf yolu keçən bu şəhər, Şuşa şəhəri ötən əsrin ikinci yarısında, daha dəqiq desək, 20-ci əsrin 70-ci illərində daha sürətli irəliləyişi ilə diqqəti cəlb edirdi və bu dinamika məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, çünki bu şəhərin inkişafı ilə bağlı qərarlar Ümummilli Liderimizin təşəbbüsü ilə qəbul edilirdi. Ümummilli Liderimizin təşəbbüsü ilə həmin dövrdə Şuşada quruculuq işlərnin görülməsi, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlar təbii ki, şəhərin inkişafını şərtləndirir, onu daha da gözəlləşdirirdi. Əfsus ki, elə ötən əsrdə də, daha dəqiq desək, ötən əsrin sonlarında, 1992-ci ilin 5 may tarixində Şuşa işğala məruz qaldı və 30 ilə yaxın müddət ərzində şəhərin yüzlərlə mədəniyyət yadigarları, tarixi obyektləri erməni vandalları tərəfindən məqsədli şəkildə dağıdıldı, viran qoyuldu ki, burada da məqsəd şəhərin, Şuşa şəhərinin tarixinin saxtalaşdırılması üçün Azərbaycana məxsus abidələrin, bütövlükdə tarixin məhv edilməsi olub. Əlbəttə ki, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, uzaqgörənliyi, liderlik keyfiyyətləri sayəsində, rəşadətli Azərbaycan Ordusunun şücaəti, igidliyi, qəhrəmanlığı və Azərbaycan xalqının birliyi, həmrəyliyi ilə Şuşa şəhəri 44 günlük Zəfər savaşının məntiqi nəticəsi olaraq, 2020-ci il 8 noyabr tarixində işğaldan azad olundu və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilən, tariximizə Zəfər Günü kimi yazılan Şuşa qalibiyyəti işğalçıları diz çokdürdü, işğalçı Ermənistanı kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Bundan sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada yeni və çox möhtəşəm layihələrə başlanılması, şəhərin abadlaşdırılması, burada quruculuq işlərinə start verilməsi, cari ilin də “Şuşa İli” elan edilməsi ölkə başçısının, cənab Prezident İlham Əliyevin məhz ötən əsrin 70-ci illərində Şuşanın inkişafı istiqamətində görülən işləri, Ulu Öndərin irsini davam etdirməsini təsdiq edir. Azərbaycanın görkəmli mədəniyyət xadimləriə məxsus olan abidələrin, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz əvvəlki vəziyyətinə qaytarılması, Üzeyir Hacıbəyovun heykəlinin, eləcə də Bülbülün ev muzeyinin açılışları, şəhərdə olan dini, tarixi və mədəni abidələrin bərpası bunun, Ümummilli Liderin ənənəsinə sadiqliyin bariz nümunəsidir. Təbii ki, Şuşada Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı özü də ölkə rəhbərinin, cənab Prezidentin rəhbərliyi ilə ən yaxın zamanda Şuşa şəhərini dirçələcəyi barədə proqnoz etməyə əsas verir. Ələlxüsus cari ilin “Şüşa İli” elan edilməsi onu deməyə əsas verir ki, Şuşa ən yaxın zamanda öz dolğun mədəni həyatına qovuşacaq.

Nəzərə almaq lazımdır ki, Şuşada müxtəlif əhəmiyyətli tədbirlərin keçirilməsinin, dini, tarixi, mədəni abidələrin bərpasının erməni yalanının bütün dünyada ifşası üçün olduqca vacib olduğu kimi, cari ilin, 2022-ci ilin “Şuşa İli” elan edilməsi də eyni dərəcədə önəmlidir. Sovetlərin süqutu ərəfəsində Qarabağı işğal edən ermənilər, bilirik ki, Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada təbliğat aparılması istiqamətində dəridən-qabıqdan çıxıblar və bu istiqamətdə hələ də fəaliyyət göstərir, bütün dünyanı aldatmağa çalışırlar. Bu baxımdan 2022-ci ilin “Şuşa İli” elan edilməsi qərarını da məhz zəruri ehtiyac, eləcə də sosial sifariş kimi belə qəbul etmək olar, çünki bu, məhz mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu göstərəcək və artıq erməni yalanlarının ayaq tutub yeriməsi mümükünsüz olacaq. Məhz elə cari ilin “Şuşa İli” elan edilməsi fonunda bu şəhərdə keçiriləcək tədbirlər Şuşanı dünyaya bir daha, özü də daha dolğun şəkildə tanıdacaq. Təsəvvür edəndə ki, keçirilən tədbirlərdə 270 il öncə inşa edilən Şuşa qalası və şəhəri, onun mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi bütün dünyaya tanıdılacaq, bununla da erməni yalanları ifşa ediləcək, görürük ki, ölkə rəhbərinin, cənab Prezident İham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi nə qədər əhəmiyyətlidir.

Bilirik ki, Gülüstan, Türkmənçay və Qars müqavilələri kimi sənədlər tariximizin silinməz səhifələrindəndir və tarixi gerçəkliyi əks etdirir. Bu gerçəklik də öz növbəsində bir sıra yalanları ifşa etmək üçün yetərli faktlardır. Məhz bu fonda istər ötən il Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Şuşa Bəyannaməsi, istər Şuşada keçirilən festival və tədbirlər, istərsə də 2022-ci ilin “Şuşa İli” elan edilməsi tariximizə qızıl hərflərlə yazılır. Çünki, bütün bunlar, eləcə də 2022-ci ilin “Şuşa İli” elan edilməsi, bu şəhərin Azərbaycan xalqının tarixi şəhəri olmasını dünyaya sübut edir. Cari ildə, 2022-ci ildə “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlərdə iştirak edəcək hər bir qonaq, hər bir nümayəndə bu şəhərin tarixini, onun məhz Azərbaycan xalqına məxsus şəhər olduğunu, Qarabağın Azərbaycana məxsus olduğunu nəinki görcək, bunu təmsil etdiyi ölkədə belə hər kəsə çatdırmaq imkanına sahib olacaq. Eyni zamanda elmi-texniki tərəqqinin yaratdığı imkanlarla yayımlanacaq tədbirlər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq və artıq ermənilərin çığır-bağır salıb yalanlarını dünyaya sırımaları imkansız olacaq. “Şuşa İli” hayların bundan sonrakı, hətta bu vaxta qədərki bütün hay-küyünün fiaskosu kimi də qeyd oluna bilər. Bu baxımdan cəsarətlə deyə bilərik ki, tariximə qızıl hərflərlə yazılacaq “Şuşa İli” həqiqətən də Ali Baş Komandanın uzaqgörənliyini, müdrikliyini, liderlik keyfiyyətlərini bir daha təsdiq edir.

Əminik ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfəri, tarixi Qələbəni həm də siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirir. Təbii ki, bu da öz növbəsində bundan sonra da bütün platformalarda qazanılacaq qələbələrə əsaslı zəmin yaradıır. Heç şübhəsiz ki, sülhün əldə edilməsi, nəzərdə tutulan strateji hədəflərə yetişmək üçün də bunun böyük əhəmiyyəti, önəmi danılmazdır.

Digər xəbərlər