"Azərbaycan hökumətinin hal-hazırda apardığı idealoji siyasətin əsas məğzi ölkədə iqtidar birliyinin gücləndirilməsi, şəffaf cəmiyyətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı kontekstində ictimai nəzarətin gücləndirilməsindən ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov bildirib.Onun sözlərinə görə, ölkədə keçirilən bir sıra tədbirlərlə yanaşı medianın inkişafı, ictimai birliklərin azad çıxışları və bu sahədə müəyyən treninqlərin keçirilməsi barədə tədbirlər təşkil olunur: "Eyni zamanda azərbaycançılıq ideologiyasının daha da güclənməsi və bununla bağlı insanlara izahın verilməsi xüsusilə də gənclərin bu ruhda tərbiyələnməsi ilə bağlı bır sıra işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərimizlə tez-tez görüşməsi onların ziyalı və vətənpərvər bir ruhda formalaşmasına səbəb olur. Təsadüfi deyil ki, müəyyən coğrafi məkanda Azərbaycan kimi formalaşmış bir ölkə bütün dünya azərbaycanlılarının ölkəsi hesab olunur. Məhz bu mövzuda aparılan siyasətin əsas məqsədi bütün azərbaycanlıların inteqrasiyası, həmrəyliyi, ölkədə xalq yazar birliyinin daha da güclənməsinə hədəflənmişdir".
Müəllif: Banuçiçək Hüseynli