Minalanmış ərazilərin xəritələrini ermənilər bizə ya vermirlər, ya da saxta xəritələr verirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloq vurğulayıb ki, bu da bizim problemləri artırır, itgilərimiz artır.“Bir il ərzində xeyli sayda vətəndaşımızı itirmişik. Ən təhlükəlisi odur ki, biz minaları tapıb zərərsizləşdiririk, ola bilsin separatçılar və onlara dəstək verən qüvvələr yenə də axşam saatlarında bizim ərazilərə keçib mina basdırırlar. Bizim iki jurnalist də məhz bu şəkildə həlak olublar, şəhid olublar, çünki həmin yolda minalar təmizlənmişdi və onlar həmin yoldan keçərkən maşın partlamış və həlak olmuşdular. Demək ki, minaları yenidən düzürər.Bu məsələ ciddi surətdə Ermənistan hakimiyyəti, eləcə də Rusiya hakimiyyəti qarşısında qaldırılmalıdır. Çünki, bu Azərbaycana ciddi bir problem yaşadır. Əgər bu siyasətlərini, təxribatlarını davam etdirsələr biz də müvafiq addımlar haqqında düşünmək məcburiyyətində qalmalıyıq. Əgər onlar bizim ərazilərdə mina basdırırlarsa, biz də artıq bu siyasəti yürütməliyik və biz də artıq elə etməliyik ki, onların itgiləri olsun, onların da itgiləri artsın. Bu siyasət nəticəsində bəlkə təxribatlarından vaz keçsinlər”, deyə politoloq Elxan Şahinoğlu bildirib.
Müəllif: İnam Hacıyev